XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

25 Noyabr 2017 - 18:02

“Demokratiyanı Öyrənmə” İB gənclər üçün breyn-rinq yarışı təşkil edib

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB)  Avropa Komissiyasının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılığı” layihəsi çərçivəsində 25 noyabr 2017-ci il tarixdə Mingəçevir şəhərində gənclər arasında breyn-rinq formatlı intellektual yarış təşkil edib.

Yarışın başlıca məqsədi gənclərin demokratiya və ictimai iştirakçılıq məsələləri üzrə məlumatlılığını artırmaq və onları fəal iştiraka təşviq etmək idi.

Mingəçevir Gənclər Klubu, İmişli Ziyalı Gənclər Mərkəzi və bir sıra digər yerli təşkilatların da fəal texniki dəstəyi ilə keçirilən yarışda hədəf bölgələrdən (Bakı, Gəncə, Mingəçevir, Şəki, Sabirabad, Bərdə, İmişli və Balakən) 60-a yaxın gənc iştirak edib. 24 sualdan ibarət olmaqla 2 mərhələdə keçirilmiş yarışın qalibi İmişli komandası olub. Bütün iştirakçılara sertifikatlar təqdim olunub, qalib komanda üzvlərinə mükafatlar verilib.

Qeyd edək ki, yarışda əsasən qeyd edilən layihə çərçivəsində DÖİB tərəfindən daha öncə təşkil edilmiş təlim və seminar iştirakçılardan ibarət komandalar yarışıb. Bu seminarlar regionlarda birliyin təlimçiləri tərəfindən əsasən gənclər, qadınlar, əlillər və digər sosial qruplardan olan seçicilərin iştirakı ilə keçirilir və məqsəd bur qruplardan olan vətəndaşların seçkilərdə iştirakla bağlı məlumatlılıq, bacarıq və motivasiyalarının artırılmasıdır. 

Strateq.az