XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

30 Noyabr 2017 - 16:35

Harvard Universitetinin müəllim və tələbələri Qəbələ rayonuna səfər ediblər

Azərbaycanı dünyaya tanıtmaq, haqlı mövqeyini nümayiş etdirmək, həyata keçirdiyi beynəlxalq layihələr, sosial infrastruktur, o cümlədən yeni təhsil, səhiyyə, idman və müasir turizm sahələrinin inkişafı barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstıyi Şurasının  dəstəyi ilə həyata keçirilən "Azərbaycana Baxış Forumu"nun keçirilməsi" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Harvard Universitetinin müəllim və tələbə heyətinin üzvləri tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində Universitetin müəllim – tələbə heyəti Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevlə görüşmüşlər. Görüş çərçivəsində RİH başçısı tərəfindən qonaqlara Qəbələ rayonu haqqında  geniş və ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar.
Bildirilmişdir ki, bölgədə yaradılan müasir infrastruktur, turizm və sağlamlıq kompleksləri füsunkar və ecazkar təbiətə malik bölgənin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Səfər çərçivəsində qonaqlar rayonun təbiəti, qədim tarixi-mədəni məkanları və turizm sektoru ilə yaxından tanış olmuşlar. Qədimliklə müasirliyin qovuşduğu bu əsrarəngiz bölgədən tanışlıqdan  zövq alan universitetin müəllim və tələbə heyəti Qəbələ rayonundan xoş təəssüratlarla ayrılmışlar.

Strateq.az