Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Deputat Avropa Şurasından aralanmaq çağırışlarının əleyhinə çıxdı:"Münasibətlərin korlanması Rusiyanın maraqlarına cavab verir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

07 Dekabr 2016 - 22:46

Vəkil Yalçın İmanov yazır:"Həyatı anlamaq vakansiyası…"

yalcin-3

Yalçın İMANOV,

Azərbaycan Vəkillər Kollegiyasını üzvü

 

Həmişə getdiyim poçtda iki qadın dalaşırdı. Ümumiyyətlə, qadınların dalaşmağı maraqlı prosesdi. Həmişə heyrətlə izləmişəm. Saçyoldunu, yaddaşım məni aldatmırsa, axırıncı dəfə kənddə görmüşəm – uzaq 90-nın əvvəllərində. Bu, heç dalaşma da deyil. Sözlü mübahisə, bəlkə də. Böyür-böyürə, müştərilərə xidmət masasının arxasında əyləşmiş iki qadın, dimdik irəli baxa-baxa sözlə dava eləyirdilər. Biri o birinə “aferist” deyir. O birisi hövsələdən çıxır. “Mənəm aferist?! Mənəm?!” – bu, qıraqdan sualdan daha çox, ətrafdakıların diqqətini ağır təhqir olunmasına çəkmək, ya da məsum olmasına inandırmaq təsiri bağışlayırdı. O biri daha soyuqqanlı, təmkinli aparırdı özünü. Bir müddət susdular, amma bu sükut çox az çəkdi, mübahisə vaxtı gərginlikdən “rəqibin” söylədiklərinə tutarlı cavab verə bilməyən tərəf, dərhal yeni söz tapdı, dava yenidən alovlandı, qızışdı…Böyür-böyürə oturub, dimdik irəli baxan iki qadının kədərli davası…

Kasıb adamların davası da kədərli olur…

***

Təxminən, bir 5 il əvvəl bir nəfəri müdafiə eləyirdim. Həbs olunana qədər nazirliklərdən birinin rayon şöbəsində müdir müavini işləmişdi. Sonra Korrupsiya İdarəsi 200 manata görə ilişdirmişdi. Həmin vaxtlar ölkədə xırda-xuruş korrupsiyayla mübarizənin vüsət aldığı dövrüydü. Adama Cinayət Məcəlləsinin 2 ağır maddəsiylə ittiham irəli sürmüşdülər – 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda, yeri gəlmişkən, bu ağır nəticə nəydi, hələ də anlaya bilmirəm) və 311.1 – rüşvət alma.

Keçmiş rəis müavininin təcridxanada əhvalı çox enmişdi, dayanmadan siqaret çəkir, bu işin axırının necə olacağıyla bağlı bir-birini təkrarlayan suallar verirdi. Hər görüşdə, müdafiə prosesindən daha çox onun əhvalının normallaşdırılmasıyla məşğul olurdum. Hərçənd bunun elə bir fayda verdiyinə o qədər də əmin deyildim. Gözlənilməz həbs onda dərin şok yaratmışdı, tez-tez kədərlə gülümsünürdü, “bu nədi ey, adamı toyuq kimi qandallayıb kletkaya atıblar” deyirdi. İstintaq dövründə Korrupsiyayla dirəşmənin heç bir xeyri olmadı, iş elə həmin maddələrlə də rayonların birindəki ağır cinayətlər məhkəməsinə göndərildi. Məhkəməsinə çıxa bilmədim, yol uzaq, adamın gedib-gəlmə, xidmət haqqı və s. qarşılamağa da elə bir maddi imkanı yox. Sonralar eşitdim ki, hökm oxunub: 6 il 6 ay. 200 manata görə bu, çox böyük cəzaydı, sözsüz ki.

Bugünlərdə tanımadığım bir nömrədən zəng gəldi. Səsindən dərhal tanıdım. Oydu. Bir neçə gün olar azadlığa çıxdığını, görüşmək istədiyini söylədi. Görüşdük. Ordan-burdan söhbət və birdən qayıtdı ki, “yaxşı ki, həbs olundum, bütün o çirkabdan, haramdan, ağa qara, qaraya ağ deməkdən bezmişdim, üstəlik də bu sistemin mahiyyətini gördüm…”.

Təxminən 5 ilə yaxın həbs dövründən bir damcı da peşmançılıq yoxuydu səsində, duruşunda.

Təbii ki, bu transformasiya, həbsinin ilk aylarını çox ağır keçirən, sonradan layiq olmadığı ağır cəzanı şükranlıqla qəbul edən adamın düşüncə çevrilişi uğurlu cəza siyasətinin nəticəsi deyildi.

***

Fransız kinorejissor və ssenaristi Robert Bressonun filmlərində maraqlı bir xətt var (Bu filmlərlə tanışlığa görə əziz Aygün Aslanlıya təşəkkür). Ayrı-ayrı və çox sadə həyat lövhələri bütöv götürəndə qəribə şəkildə mürəkkəb, anlaşılmaz bir tabloya çevrilir; ağır mənəvi problemlər və bundan amansız ekzistensial çıxış variasiyaları. Böyük həqiqətlərin sadə həyat hadisələrində gizlənməsi.

İndi düşünürəm: o böyür-böyürə oturub, dimdik irəli baxa-baxa bir-birini qıran o iki yaşlı və kasıb qadının və haqq etmədiyi təxminən 5 illik həbsxana məhrumiyyətinə sevinən orta yaşlı bir kişinin əhvalatıyla Tanrı biz öləri bəndələrinə hansı həqiqətləri pıçıldamaq istəyir?

Yoxsa, ümumiyyətlə, bu dünyada həyatı anlamaq vakansiyası deyə bir şey yoxdu?!…