Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Məleykə Abbaszadə:"İmtahanların ödənişli olması sənəd verən məzunların sayını azaldıb..."
  • " width="300" height="266" />
    Türkiyəli tədqiqatçı Gürbüz Mızrak:"Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular"
  • " width="300" height="266" />
    Alman politoloq:"Gec-tez, Trampa ittiham elan olunacaq...” – Müsahibə
  • " width="300" height="266" />
    Arif Rəhimzadə:“Azərbaycan xalqının və dövlətinin formalaşmasında SSRİ və Rusiyanın böyük rolu olub” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Türk politoloqdan qalmaqallı açıqlama:“Rusiya Bəşər Əsədin öldürülməsinin qarşısını ala bilməz” – Müsahibə
  • " width="300" height="266" />
    Hikmət Hacıyev:"Edvard Nalbandyan indi də Rusiya XİN-in adından danışmağa başlayıb..."
  • " width="300" height="266" />
    Polşa müdafiə nazirinin sabiq müavini:“Rusiyanın parçalanacağı fikri realdır” – Müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov səhiyyə sistemini sərt tənqid etdi:"Kasıblar klinikalardan əllərində ölüm hökmüylə çıxırlar..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Azərbaycana ən böyük təhlükənin Rusiyadan gözlənildiyini açıqladı:"Sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyəcəklər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səfir: “Avstriya ATƏT sədri olaraq tərəfləri məcbur edə bilməz” –Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu açdı sandığı:"Heydər Əliyev gələndə ona birinci qapısını Əli İnsanov açdı" - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğludan qorxulu xəbərdarlıq:“Bircə rus qüvvələri ölkədə çaxnaşma salmasınlar” - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu “Qaynar Qazan”da:"Amerika səfiri Elçibəylə bizim evdə görüşdü...” - VİDEO
  • " width="300" height="266" />
    Keçmiş Müdafiə nazirindən Şuşayla bağlı açıqlamalar:“Mayın 4-də MTN-in Şuşa şöbəsi qapısını bağlayıb aradan çıxdı” - VİDEO
  • " width="300" height="266" />
    Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş batalyon komandiri Şuşadan nələr dedi:“Hərbi hissəni qəsdən buraxdılar" - VİDEO
  • " width="300" height="266" />
    Şuşa batalyonunun komandiri:“Qərbi azərbaycanlıları qəfildən, zorla Şuşadan çıxardılar” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017

02 İyun 2017 - 09:52

Keçmiş Müdafiə nazirindən Şuşayla bağlı açıqlamalar:“Mayın 4-də MTN-in Şuşa şöbəsi qapısını bağlayıb aradan çıxdı” - VİDEO

Şuşa ilə birlikdə çəkilir adı. Aradan keçən 25 il yetməyib. İndi də Şuşanın və torpaqların işğalı məsələsi gündəmə gələndə Rahim Qazıyevin də adı gündəmə gəlir. Yenə ittihamlar, yenə müxtəlif iddialar. Biz zaman-zaman keçmiş Müdafiə naziri Rahim Qazıyevlə bu haqda danışmışıq. Onun ən müxtəlif və çətin suallara verdiyi cavabları Oxucularımıza çatdırmışıq. Hələ Rahim Qazıyev həbsdən təzə buraxılanda kifayət qədər böyük müsahibə götürüb təxminən 6 ay müddətinə yayınlamış və ictimaiyyətə təqdim etmişdik. O zaman yaxşı yadımdadır ki, deputat Fəzail Ağamalı etiraz etdi və Rahim Qazıyevin “Şuşa gedərsə başıma bir güllə vuracağam” dediyini iddia etdi. Fəzail Ağamalı şəxsən mənə dedi ki, Rahim Qazıyevin bu cümləni işlətdiyi kaset onun arxivlərində var və o kaseti ictimaiyyətə nümayiş etdirmək üçün onu “Xural”a təqdim edəcək. Aradan illər keçdi və Fəzail Ağamalı o kaseti bizə təqdim etmədi.

Zaman-zaman bu tip olaylarla qarşılaşdım. Rahim Qazıyevin “Şuşa gedərsə başıma bir güllə vuracağam” sözlərini harada dediyini sübut edən ciddi bir dəlilə isə rast gəlmədim. İndi bu söhbəti edərkən də o sualı verdim və cavabdan da göründü ki, Rahim Qazıyev elə bir şey deməyib. Artıq buna qəti əminlik hasil oldu məndə.

Rahim Qazıyevlə yenə Şuşadan və onun düşmənə təhvil verilmə səbəblərindən danışırıq. Bu dəfə də bildiklərini səmimi şəkildə bizimlə bölüşür sabiq Müdafiə naziri. Amma yenə bir olay var. Çünki Şuşa özünümüdafiə batalyonunun sabiq komandirlərindən Möhtəşəm Məhərrəmovun onun haqqındakı ittihamları Rahim Qazıyevin cavab verməsinə səbəb oldu. Təbii ki, hazırda Rahim Qazıyevin 3 hissədən ibarət olan bu müsahibəsini yayınlayandan sonra Möhtəşəm Məhərrəmovla onun canlı bir debatını təşkil etmək düşüncəmiz də var. Əgər tərəflər razı olarlarsa…

Şuşanın verilməsi Rahim Qazıyevin müsahibəsi ilə bir daha və bir daha öz təsdiqini tapır. Özünübilməz dövlət adamları və ölkəni idarə edənlərin qəflət və dəlalət içində yatmaları, Şuşanın düşmən əlinə keçməsinə səbəb olub. Və onun ən yaxın şahidlərindən biri də Rahim Qazıyevin özüdür.

İndi Rahim Qazıyev Şuşadan danışır. Şuşanı qorumaq istəyən adam…

“Azadlıq Salnaməsi”nin növbəti 16-cı qonağı sabiq Müdafiə naziri Rahim Qazıyevdir…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/172128/rahim-qaziyevd%C9%99n-sabiq-bas-prokurora-cagiris.html (Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa…”-VİDEO)

 

II hissə

 

Rahim Qazıyev “Azadlıq Salnaməsi”nin II hissəsində nə dedi:

– Mən niyə özümü vurmalı idim?

– 8 balamız öldü, 6-sı yaralandı

– Möhtəşəm Məhərrəmovu debata dəvət edirəm

– Kimin əlində fakt varsa, gəlsin

– Bir insan haqqında nə qədər böhtan atarlar?

– Polis rəisinin kabinetində yatırdım, rəhmətlik Çingiz Mustafayev gəldi

– Çingizin çəkdiyi epizodu ANS vermədi, çünki hamısı sifarişlə işləyirdi

– Mən Şuşanı vermişdimsə, satmışdımsa Heydər Əliyev kimi əjdaha bunu bilməyə bilməzdi

– Heydər Əliyevin verdiyi vəzifədən imtina edəndən sonra Aslan İsmayılov kimi şərəf sahibləri ortaya çıxdı

– Heydər Əliyevə kobud cavab verməməli idim

– Əsəblərim düşmənimə çevrildi… Əsəbiləşdim, ondan sonra çıxışım oldu zibil

– Heydər Əliyevin özünə təmkinlə izah etməli idim ki, sənin kimi bir dahi…

– Əsəblərim o qədər gərginləşdi ki, bütün məntiqimi itirdim

– Aslan İsmayılov 12 dəqiqəlik çıxışında Şuşanın satılmasının 100 faiz günahının məndə olduğunu dedi

– Aslan İsmayılov vəzifə eşqinə gəlmişdi ki, mən Rahimi söyəcəm, Heydər Əliyev də mənə vəzifə verəcək

– Aslan İsmayılovu debata çağırıram

– Mənə Vətənə xəyanət maddəsi verilməyib

– Vətənə xəyanət edən şərəfsizi də əvf edərlər?

– Anama türmədən “ksiva” göndərdim ki…

– Mən Şvartsnegerə oxşayıram?

– Məni MTN-dən qaçırıb öldürməli idilər

– Öldürülməli idim, amma planı dəyişdirdim

– Vətəni satan şərəfsizi də azad edərlərmi, lap 100 əfv ərizəsi yazsın

– Şuşada kifayət qədər silah-sursat və canlı qüvvə olub

– Elburus Orucovu mən təyin etmişəm, amma ona qədər işləyirdi

– Gecə saat 1-də döyüş təcrübəsi olan 25 döyüşçü niyə buraxılıb?

– “Birdən tutularıq” ehtimalı gələndə bunlar sarılarını udurlar

– Əliyev Ağalar ifadə verib ki, Şuşanın müdafiəsini 3 mərhələyə ayırmaq olar: Rahim Qazıyev gələnə qədər, onun vaxtında və ondan sonra…

– Mayın 4-də MTN-in Şuşa şöbəsi qapını bağlayıb aradan çıxıb

 

 

II hissənin sonu

 

Strateq.az