XƏBƏR LENTİ

15 Oktyabr 2018

Digər Xəbərlər

10 Noyabr 2017 - 19:42

Barak Obamanın intim portreti…- 8 ilə 2 milyon foto (FOTOLAR)

Pit Souza 2009-cu ildən Ağ Evin rəsmi fotoqrafı olub. Ona qədər o, 4 il Barak Obamanın siyasi yüksəlişini təsvir edən sənədli film üzərində işləyib. Filmdə Obamanın İllinoys ştatının senatoru vəzifəsindən Birləşmiş Ştatların prezidentinə qədər necə yüksəlməsindən bəhs olunur.

Souza Obama ilə 10-12 saat vaxt keçirir, bəzən həftənin 7 günü onun yanında olurdu. 8 il ərzində Souza Obamanın 2 milyona yaxın fotosunu çəkib.

"Prezidenti tarixin yaddaşına həkk etmək üçün həftənin yeddi günü, sutkada 24 saat işləmək lazımdır. Hər an çəkilişlə bağlı gələcək zəngə hazır olmalısan. Nə məzuniyyət var, nə xəstələnə bilərsən. Bu elə bir işdir ki, sanki sənin  "BlackBerry" telefonun fasiləsiz olaraq titrəmə rejimindədir", – deyə Pit Souza bildirir.

Strateq.az xarici mətbuata istinadən Souzanın müəllifi olduğu həmin fotoların bir qismini təqdim edir. Fotolar onun "Barak Obamanın intim portreti" adlı kitabında da yer alıb. 

Pit Souza

Strateq.az