XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018

Digər Xəbərlər

04 Mart 2018 - 11:30

Mübariz Məsimoğlu ilə ədəbiyyat söhbəti:“Ədəbiyyat da monopoliyadadır!”-VİDEO

Mübariz Məsimoğlu ədəbiyyatın problemlərindən danışır – bizdə böyük ədəbiyyat varmı?!

“Sözüm var”-ın budəfəki qonağı şair-yazıçı-publisist Mübariz Məsimoğludur. Mübariz Məsimoğlu ilə zaman-zaman ədəbiyyat üzərinə söhbətlərimiz olub. Hətta uzaq keçmişdə baş redaktoru olduğum bir qəzetdə bir layihə də planlaşdırmışdıq. Amma 10 yazı olmalı olan o layihənin cəmi 1 yazısının dərc olunmasından sonra aləm bir-birinə dəydi. Yəni davam edə bilmədik. İndi Mübariz bəylə yenə ədəbiyyat üzərinə söhbət edirik. “Sözüm var”-ın 2-ci qonağı kimi Azərbaycanda ədəbi tənqid, böyük ədəbiyyat, ədəbiyyat tarixi, gündəmdə olan yazıçılar və qurumlar haqqında maraqlı söhbət alındı. Mübariz Məsimoğlu yazıçı, şair olmaqla bərabər, həm də vətəndaş mövqeyi olan bir publisist, qələm əhli, jurnalistdir. Onunla hər sahədə danışmaq olar və bu söhbət çox maraqla qarşılanar.

Düz deyir Məsimoğlu: “Ədəbiyyat da siyasətin başqa bir üzü olub” hər zaman. İndi də elədir. Hətta bəzən ədəbiyyat siyasətdən daha idbar ola bilir. Zatən hərgünkü yaşamımızda da bunun şahidi ola bilirik. “Böyük tənqid böyük ədəbiyyat olan yerdə olur, bizdə bu, yoxdur” tezisi də gündəlik qarşımıza çıxan hadisələrdəndir. Bizdə tənqid etmək üçün şəxsi münasibətlərdən çıxış olunur və tənqiddə qərəz olur. Bu da siyasətdə monopoliyanın ədəbiyyata inikas etməsidir. İndi ən yuxarıları tənqid etmək üçün ən aşağıları belə tənqid etmək mümkün olmur və bu, ədəbiyyatdakı monopoliyanın təsirindəndir.

“Sözüm var”da Mübariz Məsimoğlu ilə bu maraqlı müsahibəni dinləyin və ədəbiyyatımızın dünəni, bu günü və sabahı haqda düşünün. Biz haralarda idik, haralara gəldik?!

 

I hissə

 

 

 

I hissənin sonu

 

Əvəz Zeynallı

“Sözüm var”

 

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə