XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

20 İyun 2018 - 08:14

Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Uzun zamandır “Qaynar Qazan” efirə çıxmır. Əsas səbəb prezident seçkiləri olsa da, zaman problemləri ilə bəzən gözlənilməz sürprizlər edə bilir. Əvvəl seçkilər, sonra Kərbəla ziyarəti, danışan adamların sürətlə və kəskin şəkildə azalması, hökumətin uğursuz media siyasəti – bütün bunlar “Qaynar Qazan”a təsirsiz ötüşmür. Həm iqtidar, həm də müxalifət düşərgəsinin adamları son dərəcə ehtiyatlı olublar. Ağızlarını bıçaq açmır. Qorxurlarmı, çəkinirlərmi, bilmirəm, amma onu bilirəm ki, bəziləri “Qaynar Qazan”a çıxmağa, bu qazanın içində qaynamağa risk etmirlər. Həm də səbəb budur təbii ki…

Amma təbii ki, bizim özümüzün də proqramımız bəzən sıx olur. Bu sıxlıq içərisində bəzən istədiyimiz alınmır. Hələ Avropadakı dostlarımızın uğurlu efir layihələri də bəzi hallarda bizim “dayandoldurum” verilişlərimizi kölgədə qoya bilir. Bütün bunları ona görə yazıram ki, bəzi həssas tamaşaçılar çox narahatlıqla “Qaynar Qazan”ın aqibətindən narahat oldular, onlarla adam yazdı mənə, zəng etdilər. Bu da onu göstərir ki, bu informasiya bolluğunda bu “canlı” yayınların cirit atdığı bir zamanda bu “dayandoldurum” imkanlarla biz hələ lazımıq və tamaşaçı bizi gözləyir. Açığı, bu, mənə ayrı bir stimul verdi. Və fasilə bir az çəksə də, yenidən bizi izləyənlərin və sevənlərin qarşısındayıq.

Bu dəfə qonağımız Azərbaycanın gənc siyasətçilər nəslinin nümayəndələrindən biri Hürrü Əliyevdir. Hürrü bəy Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Ağanın oğludur. Yeni ”Bəyaz” Hərəkatı yaradıb və onun sədridir. Onunla söhbətləşmək marağı məni onu “Qaynar Qazan”a dəvət etməyə səslədi. Həm yeni hərəkatın məramı maraqlı idi, həm də Hürrü Əliyev mənim tələbə yoldaşım olmuşdu, onu müsahibəyə çəkmək, illərin nəyi və necə dəyişdiyini müşahidə etmək istəyirdim.

Hürrü Əliyev gənc siyasətçilər nəslinin nümayəndəsi kimi ənənəvi siyasi sistemdən gileylidir. Daha ötəsi var. O, Elçibəyin ölümündən bu tərəfə keçən 18 ildə onun ideoloji mirasına sahib çıxılmadığı iddiasındadır və bir çox məsələlərdə keçmiş silahdaşlara iradlarını bildirir. Hürrü bəy həm Əbülfəz Elçibəyin siyasi-ideoloji mirasına, həm də bu ideoloji silaha sarılaraq hamını birləşdirəcəyinə inanır. Onun üçün yeni birlik modeli təklif edir: “Vahid Milli Güc İttifaqı”! Bu birlik yaranarsa, Azərbaycanın bütün problemlərinin öz həllini tapacağına əmindir.

Hürrü Əliyev “Qaynar Qazan”ın bu dəfəki qonağıdır. Qiymət isə tamaşaçıların olacaq…

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

Qardaşı oğlundan şok iddia:

 

II hissə

 

Bu, bizim vicdan borcumuzdur

 

– Bizim digər silahdaşlarımız da bu gün bir vicdan və şərəf borcumuz olaraq bu məsələni ortaya qoyurlar. Əbülfəz Elçibəyin və şəhidlərimizin ruhu qarşısında bu, bizim vicdan borcumuzdur. Biz də dünyadan gedə bilərik, düşüncəniz, ağlınız, təfəkkürünüz olmasa, gözünüz də görməsə, bunu başa düşə bilərik, ancaq Azərbaycan xalqının bu durumunu görüb susan bir tərəf olmaq bizim əxlaqımıza da, vicdanımıza da, şərəfimizə də yaraşmaz. Artıq hədəflər, fəaliyyətlər, hara gedirik, necə olacaq, uğur qazanacağıq, uğursuzluq olacaq – o ayrı məsələdir. Bu, bizim vicdan borcumuzdur. Və biz tam əminliklə qeyd edirik ki, yaxın gələcəkdə milli ideoloji bir ittifaq yaranacaq və bütün siyasi fəaliyyətləri tam kölgədə qoyacaq bir siyasi mənzərə yaradan güc olaraq ortada olacaq. Buna mən tam əminəm. Nəyə əminik? Bizim borcumuzdur ki, müraciət edək. Hərkəsə qucaq açaq. Biz fəaliyyətdə olanların yanında olmağa da hazırıq. Onlara dəstək verməyə də hazırıq. Amma müəyyən əsaslarla. Biz bunu özümüzün borcu sayırıq. Apardığı siyasi fəaliyyətdən asılı olmayaraq onlar da öz xalqımızın övladlarıdır. Ama biz fəaliyyətimizi, Əbülfəz Elçibəyin Azərbaycan gəncliyinə müraciətini siz də bilirsiniz, oradaki ifadələrdən birini örnək kimi: “Mən əminəm ki, Azərbaycan gəncliyi öz torpağının azadlığı və bütövlüyü uğrunda şübhəsiz və mütləq mübarizə aparacaq”. Biz Azərbaycan gəncliyinə tam əminik ki, bu yolda – torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda “Bəyaz” Hərəkatla birgə mübarizədə olacaq. Bizim əminliyimizin bir səbəbi də budur. Borcumuz olaraq da müraciətimizi edirik. Müraciətləri yenidən edəcəyik.

– Bir xəbər var mı? Reaksiyalar necədir?

– Çox güman ki, xəbər var. Kifayət qədər yayılıbdır müraciətlər. Məlumatı olanlar da var və ziyalılarımızdan gələnlər çoxdur. Düşüncəni və orda olan səmimiliyi, düzgünlüyü görmək üçün gəlib görüşmək istəyənlər var. Və öyünmək kimi olmasın, yüksək şəkildə təqdir olunuruq, müsbət qəbul edilirik.

 

“Elçibəy Fondu” mütləq yaradılmalıdır

– Əbülfəz bəyin irsi mövzusunda nə düşünürsən? Bu il 80-ci ilidir, müəyyən tədbirlər keçirilir. Bunu necə dəyərləndirirsən, necə olmalıydı əslində? Elçibəy Mərkəzi, Elçibəy Fondu, bu məsələ haqqında nə isə etdinizmi?

– Bəy, bu yaxınlarda 80-ci yubileyi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Biz buna müsbət yanaşırıq. Amma 2008-ci ildən sonra dəfələrlə çıxış etdim, hətta ailəyə də bu yöndə müraciətlər verilməsini də xahiş etdim. Ərturquta Əbülfəz bəydən sonra ard-arda bir neçə dəfə dedim ki, “Elçibəy Fondu” mütləq yaradılmalıdır. Əslində, 2005-ci ildən bu məsələ ortaya qoyulmuşdu, ancaq mən bunun haqqında çox dərinə getməyəcəm. Fondun yaradılması nə deməkdir? Bu gün ən azı təşkilatlar yaradılır, Əbülfəz Elçibəy haqqında hər hansı müsabiqələr, tədbirlər təşkil eləmək – bunlar gözəl addımlardır. Amma hər bir məsələni bir qaynağa ehtiyacı var. Mənəviyyatdan başqa, fəaliyyətdən, qol-əl, fikir əməyindən başqa bir maddi tələbata da ehtiyac olur. Düşünün ki, Əbülfəz Elçibəy Fondu və ya Mərkəzi 2005-ci ildən yaradılıb. Mən o zaman da Ərturqut bəyə dedim ki, çox yaxın, etibarlı – istər ailəyə, istər Elçibəyin yoluna, onun əqidə baxımından da sadiq insanları ilə görüşün, müzakirə aparın və güvəndiyiniz bir İdarə Heyəti yaradın, başında da özünüz durun. Bir Fond yaransın. Bu ictimai bir fəaliyyətdir, buna heç kim qarşı qoya bilməz, bu, qlobal bir məsələdir. 2008-ci ildən götürsək, 10 il keçib. 10 il o fonda, mərkəzə kifayət qədər maliyyə toplanardı və büdcəsi ola bilər. Və nəinki sadəcə ildönümündə, Əbülfəz Elçibəyin ümumiyyətlə, fəaliyyətinin də, öz taleyinin də, şəxsi məfkurəsinin də, ideallarının da, fikirlərinin də, onun şəxsiyyətinin də təbliğatı lazımdır. Onun fikirlərini cəmiyyətə zamanla yeni nəsilə ötürməliyik. Yəni bu, böyük bir iş idi. Özləri də şahiddir ki, bunu mən dəfələrlə xahiş etmişəm.

– Niyə yaranmayıb, bəy?

– Mən o məsələlərə heç o qədər də qarışmaq istəmirəm. Yenə də bu da mənim borcumdur, bu mənim qardaşlıq, oğulluq borcum idi ki, bunu deyim. Bunu tək ailəyə deməmişəm, bunu siyasi düşərgələrə də demişəm. Əgər ortada bir fond olsa, cəmiyyət Əbülfəz Elçibəy haqqında nə düşüncəsi varsa bu fonda gələr. Bu gün təşkilat yaradılırsa, hər hansısa tədbir keçirilərsə, bu ondan qaynaqlanar. Yəni sistem bu cür qurulmalıdır. Əbülfəz Elçibəyə bu yöndə dəyər verməyin iqtidarla nə əlaqəsi var? Bunu eləmirlərsə, bunun mənimlə, ya da bir başqası ilə nə əlaqəsi var? Yəni haqqı olan tərəflər var ki, bunu onlar eləməlidirlər, onların borcudur, onu da eləmək lazımdır.

– Belə başa düşdüm ki, onu ailə eləməlidir.

– O mütləq olmalıdır. Əbülfəz Elçibəy şəxsiyyəti vətən, millət, dövlət, torpaq, Bütöv Azərbaycan, Turan – hər şey deməkdir. Yəni Əbülfəz Elçibəyin təbliğatı xalqın, vətənin təbliğatıdır. Bundan daha asan məsələ yoxdur ki, bunu təşkil edə bilmirlər.

 

Adımın mənası “Hür”dən gəlir…

 

– Müxtəlif suallar var. Kamran Süleymanov soruşur ki, Hürrü nə deməkdir? Adınızın mənası nədir? Məncə, Əbülfəz Elçibəy qoydu, eləmi?

– Bu maraqlı bir dövrə söykənir. Mirbaba ağa – Əbülfəz Elçibəyin qaynatası və əmisi (Miryəhya ağanın) oğlu, o atamgilin, əmimin əmisi oğludur. Yəni oranın ağsaqqalı, böyüyü olub.

– Yəni Əbülfəz bəy əmizadəsi ilə evlənib.

– Bəli, elə olub. İmam məclisində çıxışlarının birində atamın marağını çəkən tərəf Hürrü Əleyhissalam oldu. Hürrü, ümumiyyətlə, islamiyyətin böyük, güclü bir sərkərdəsi olub. O zaman qarşı tərəfdə idi və Yezidin haqsızlığına dözməyərək İmam Hüseynin tərəfinə keçdi. Məclisdə Mirbaba ağa Hürrüdən danışır və atamın könlünü fəth edir. Orada deyir ki, əhd eləmişəm, oğlum olsa adını “Hür” qoyacağam. “Hür” sözünün kökü elə “azad” deməkdir. Bəy də ona “…rü” əlavə etdi, oldu “Hürrü”, yəni “hürriyyət”.

– Yəni Əbülfəz bəyin əlavəsi “Hürrü”dür?

– Bəli, orda artıq bir türk çaları var. Amma “Hürrü” sözünün əsas anlamı özgürlük, azadlıqdır.

– Deməli, bu, İmam Hüseynin “Kərbəla” hadisəsinə gedib çıxır.

– Bəli, o atamın ordan götürdüyü bir məsələdir.

– Çox maraqlıdır. Mən elə bilirdim, Əbülfəz bəy qoyub.

– Əbülfəz bəy tamamlayıb.

– Kamran Zamanlı soruşur: “Elçibəyin mənəvi və ideoloji varisi kimi özünüzümü, Aqil Səmədbəylinimi görürsünüz? Çünki bu günlərdə Elçibəyin ideoloji varisliyinə iddia edənlərinin sayı çoxdur. Səhv etmirəmsə, biri də Aqil Səmədbəylidir.” Əbülfəz bəydə də ideoloji varislər çoxdur, deyəsən.

– Bəli, bunun ən çox arzusunda olan da bizik ki, ideoloji varislər, buna iddialı olan tərəflər nə qədər çox olsa o qədər yaxşıdır. Nəinki ali siyasi mövqe, siyasi xətt götürüb gedənlər. Aqil bəyin, ümumiyyətlə, Xalq Hərəkatının üzvü olmağı, elə o vaxtlar Gənc Aydınlarla da fəaliyyəti, yəni sırf bu yöndə fəaliyyəti nəzərə alınarsa, bəli, Aqil bəyin özünü də ideoloji varis hesab etmək olar. Biz özümüzü ideoloji varis elan eləmirik ki, bizdən başqa heç kim yoxdur. Belə məsələ yoxdur, biz sadəcə qeyd edirik ki, hər kəsin siyasətini, siyasi fəaliyyətini qəbul edirik və uğurlar arzulayırıq. Biz də Əbülfəz Elçibəyin bu ideallarının bir yolçusu olaraq bu məfkurəni ortaya qoyuruq, bunu aparırıq.

– Yəni heç kimə mane olmadan.

– Qətiyyən. Əksinə, o ideallarda həmrəy olan şəxsləri də biz könlümüzə qəbul edirik. Nəinki qəbul edirik, arzulayırıq. Bizə lazımdır ki, milli məfkurə, milli təfəkkür inkişaf eləsin. Azərbaycan xalqı milli gücünə, ruhuna irəli gəlsin. Digər siyasətlərə yox.

– Kamran Zamanlı yenə bir sual soruşub: “Əgər hakimiyyətdən çox yüksək bir vəzifə təklif olunsa, Elçibəy ideyalarından vaz keçib bu kitabı bağlayarmı?”

– Tələb kimi değil, amma rica edirik, gərək çalışsınlar ki, müraciətlə tanış olsunlar. Biz milli ideoloji mübarizəni, sistemi, bu fəaliyyətləri daha böyük amallar hesab edirik, nəinki hər hansısa bir vəzifə, nəinki prezidentlik. Yəni bizim üçün bu məsələlərdə nəinki hər hansı bir vəzifə, prezidentlik statusu belə çox cılızdır. Yəni bu amallar daha böyük amallardır. Bir daha qeyd edirəm, hərdəfəki fikirlərimi dinləyicilər də, izləyicilər də yekəxana qəbul etməsinlər. Topraqlarımızın azadlığı, Bütöv Azərbaycan və türk dövlətlərinin birliyi ən uca amallardır. Biz kimik ki? Bu xalq, bu millət bizdən asılı olmayaraq gedir. Biz də xalqımızın tərəfləri olaraq cəmiyyətimizə bunu aşılayırıq, bunun fəaliyyətini ortaya qoyuruq, bunun uğrunda mübarizə aparırıq. Və bunda dini inanclarımız qədər milli inanclarımızı daha önə qoyuruq. Milli inanc yoluna gedən haqq yoluna, müqəddəs yola getmiş sayılır. Bu, qəbul olunmuş məfkurədir. Yəni insan doğulduğunda bir milli kimlik alır, sonra hansı dinə mənsub olduğunu bilir. Milli kimliyin olmasa hansı dinə mənsub olsan nə olar?

– Bəlkə ona görə suallar ortaya çıxır ki, məsələn, Əbülfəz Elçibəyin müavinlərinin hamısı parlamentdə, indi hamısı hakimiyyətə daha yaxındır. Mən yanılmıramsa, Fazil Mustafa da “Qaynar Qazan”da müsahibəsində demişdi ki, mənim yolum Elçibəy yolu deyil. Bəlkə bunu nəzərdə tuturlar?

– O məsələni eşitmişdim. Yox, bəy, mən bir daha onu qeyd edim, mən bu məsələyə nəyə görə gəldim. Fazil bəy ən azından çıxıb onu açıq qeyd edib. Amma digər tərəfdən, qeyd edənlər var ki, biz Əbülfəz Elçibəy yolu gedirik, amma o yola ümumiyyətlə aid olmayan bir fəaliyyət aparırlar. Bir də, biz axı qeyd etdik, hərkəs – təşkilat rəhbəri, hər bir şəxs öz götürdüyü siyasi fəaliyyəti haqq saya bilər. Ona qarşı getməyin səni aşağı salar, yuxarı qaldırmaz. Biz necə bunu haqq qəbul ediriksə, o da bunu belə qəbul edə bilər. Biz sadəcə olaraq onu deyirik ki, Vətəni, milləti, Azərbaycanın qurtuluşunu düşünürsünüzsə, ortada milli məfkurə inkişaf eləməlidir. Sadəcə bu böyük iddialar həll olunandan sonraki məsələdir.

– İndi, məsələn, Qüdrət Həsənquluyev, Asım Mollazadə, Fazil Mustafa, Mirmahmud Mirəlioğlu, Əli Kərimli, onu demək bəlkə indi necə çıxır bilmirəm, amma Razi Nurullayev… Yəni bunların hamısı bu və ya digər formada indi ən fərqli yollarda olsalar da, Əbülfəz bəyin bir zaman şinelindən çıxıb. Bax bunlarla münasibəti necə quracaqsınız?

– Biz siyasi prosesləri də izləyirik. Bir çox hallarda, bu məsələlərdə ancaq AXC və Əli Kərimli mücadilə eləyib. Yaxşı, o məsələdə Əli Kərimli haqq olmadı, siz geri çəkildiniz. Bəs indi sadaladığınız 5 və 6 təşkilat niyə öz birliyini təmin eləyib Elçibəyin yolunu, ideallarını davam eləmədi? Bilirsiniz, mən ona görə deyirəm ki, Əbülfəz Elçibəydən sonra onların böyük bir hərəkat yolu keçməsinə baxmayaraq, Əbülfəz Elçibəyin təfəkküründən yetişən tərəflər olmasına baxmayaraq, tamamilə ayrı mövqe, siyasi xətt tutdular. Yəni burda Əli Kərimov haqsızdır, Mirmahmud ağa haqlıdır, belə anlayış yoxdur. Bu məsələlərdə, bütövlüklə hamısı haqsızdır, hamısında günah var.

 

AXC bölünməməli idi

– Niyə günahkardır? Deyirsiniz ki, təşkilat bölünməməli idi?

– O mütləqdir, birinci amal idi ki, hər nə olsa güzəştlərə getmək olardı ki, o təşkilat bölünməsin. Sadəcə olaraq, bir tərəf bir ad qoydu geri çəkildi ki, burda milli xətt öldü, tamamilə mühafizəkar bir sistem tutulub, biri dedi, filan yol tutulub. Bunları da qəbul etmək olar. Azərbaycan Xalq Cəbhəsi bir tək Əli Kərimovdan ibarət deyildi ki. Bir tək sizin sadaladığınız təşkilat sədrləri də deyildi. Azərbaycan Xalq Cəbhəsində Əbülfəz Elçibəydən sonra böyük hərəkat adamları var idi ki, onlar ümumiyyətlə küskün düşdü, kənarlaşdı. Bu gün də izləmə mövqeyindədir. Yəni Azərbaycan Xalq Cəbhəsi – Əbülfəz Elçibəy məktəbi bir tək sizin sadaladığınız tərəflər deyil. Bu gün Əbülfəz Elçibəyin hərəkatından doğan elə bir hərəkatçı, aydınlar var ki, onların biri  bir orduya bərabərdir. Sadəcə olaraq qəbul eləmədilər. Bu siyasi mühiti, məqsədləri, yanlış yol xəttini gördülər, çəkildilər. Nə onların üzərinə getdilər, qardaşlıqlarını qoruyurdular, nə tənqid etdilər. Amma fikir ayrılıqları o idi ki, bəli, artıq Bəy getdi. Həmin şəxslər, təşkilatlar milli məfkurədə Azərbaycan xalqının, Azərbaycan Xalq Cəbhəsinin böyük bir ümid yeri idi. Ki, o təşkilat Azərbaycanı daxildən, xaricdən gələn bütün təhlükələrdən qoruya biləcək bir sədd olacaq təşkilatdır. Amma bu gün onlar, ancaq hakimiyyət uğrunda mübarizə aparan xırda siyasi təşkilata çevrilib. Məndən incisinlər, inciməsinlər, məsələ onda deyil. Hakimiyyət uğrunda mübarizə normal, düzgün qəbul olunub, bu, olmalıdır da. Amma Elçibəy məktəbindən, Elçibəy təşkilatından ayrılan qüvvələrin maraqları başqa məsələdir. Biz deyirik ki, kaş yol olduğu kimi davam edərdi, o birliklərlə davam olunardı. Ona görə deyirik, bizim ən böyük bacarıqsızlığımız və çatışmayan ən böyük cəhətimiz birliyimizi təmin etməkdir. Bu birlik təmin olunsa, hər məsələ həllini tapar.

 

Müxalifət, iqtidar gəlsin bizçi olsun, biz niyə onlarçı olmalıyıq?

– Bəy, “Qaynar Qazan”ın elanını mən qoyandan bəri çoxlu suallar gəlib. Amma hiss edirəm ki, bu cəbhəçilərdə Hürrü Əliyevə qarşı bir aqressiya var. Məsələn, burda suallar var ki, Anar Məlikov deyir ki, bu kimdir, bu varis də Əli Kərimlini debata çağıracaq? Qədirli Rəşad soruşur ki, yenə varis? Düzdür, Həsən Qasımov sizin tərəfdən bunların hamısına cavab verir, amma təbii sizin suallara cavabınız da maraqlıdır. Sərxan Carçı hərəkatın adının niyə “Bəyaz” olduğunu soruşur. Natiq Adilov da deyir ki, – cəbhənin mətbuat xidmətinin rəhbəridir -, mənəvi və ideoloji varis, bu adam zaman-zaman mənfur rejimin dəstəyi ilə müxalifətə saldıran şəxs deyilmi? Yəni sizin Əli Kərimli ilə elə böyük probleminiz olub?

– Deməli, bəy, burda bütün fikirləri qəbul edirik. Yanlış düşüncə kimi, yanlış bir faktor olaraq da baxa bilərik. Əvvəla, onlardan bəzilərinin ümumiyyətlə mənimlə bağlı anlayışı yoxdur. O suallara mən də baxmışam, amma cavab verməmişəm. İkincisi, bizim müraciətlərimizlə bağlı ümumiyyətlə məlumatları yoxdur ki, biz nə istəyirik. Bunlar fikirləşir ki, Əli Kərimov və yaxud Azərbaycan Xalq Cəbhəsi, müxalifət, ya da iqtidar. Burdaki çıxışımda bunu qeyd edirəm. Burada hər bir məsələ artıq ortaya qoyulub. Biz deyirik ki, bu tərəflərin hamısının apardığı siyasət cılızdır. Biz onların üzərinə niyə getməliyik ki? Müxalifət gəlsin bizçi olsun, iqtidar gəlsin bizçi olsun, biz niyə onlarçı olmalıyıq? Söhbət də Əli Kərimovdan gedirsə, mənə o Natiq Ədilov bir fakt desin ki, mən müxalifətin üzərinə, xüsusi olaraq mənfur rejimin dəstəyi qeyd olunan bir fakt qoysunlar. Ki, müxalifətin bu milli ideoloji məsələsində, Əbülfəz Elçibəy ideallarının davam etməməsi məsələsində iradlarımızda haqlıyıq. Bunda bəlkə də başqasının haqqı yoxdur deməyə, amma mənim haqqım böyükdür. Mən bunu irad kimi qəbul edirəm. Biz qeyd edirik ki, Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının lideri olması ilə yanaşı, Azərbaycan Xalq Cəbhəsi Azərbaycan xalqının milli iradəsindən yaranan bir təşkilatdır. Dünən, bu gün, sabah onun rəhbərlərinin kim olmasından asılı olmayaraq, bu təşkilat bizim üçün doğma və əzizdir. Biz bunu deyirik. Biz zəif Xalq Cəbhəsi, zəif Bütöv Azərbaycan birliyi arzusunda olsaq niyə qınayırıq, dirənirik, niyə istəyirik ki onlar güclənsin?

– Bütöv Azərbaycan birliyi nə oldu?

– Biz deyirik ki, siyasi fəaliyyət var, amma milli ideoloji fəaliyyət yoxdur. Yəni, aktif yoxdur. Bir toplantı keçirib demək ki, Bütöv Azərbaycan belə getdi, Cənubi Azərbaycan belə getdi – yox. Ortada olmalısan, meydanda olmalısan. Arqumentini də qoymalısan. Bütöv Azərbaycanı istəyirsən, Qarabağı istəyirsən, bunu kim verəcək? Hökumət Qarabağ verən idi, 25 ildir verərdi. Hökumət Bütöv Azərbaycan verəcək tərəf deyil axı. O iradlar bildirən təşkilatların birinin cəsarəti var, qalxsın siyasi mövqeyində bəyanat, müraciət və ya çıxışı ilə “rədd olsun fars və rus şovinizmi!” desin. Bu gün Azərbaycan bütövlüklə iqtidarı ilə, müxalifəti ilə, bizimlə, sizinlə farsın və rus qüvvələrinin təsiri altındadır.

– Yəni deyirsiniz ki, bunu heç biri deyə bilməz?

– Ona hünərləri varsa, çıxıb desinlər. Niyə deyə bilməyəcəklər? Çünkü məqsəd siyasi məqsəddir. Siyasi məqsədlərdə İran və Rusiya güclü bir qüvvədir. Hər an onların dəstəkçisi ola bilər. Fikirdi, birdən Rusiyanın fikri dəğişdi, bu millətdən vaz keçdi. “Mən də onun hədəfində olmayım” deyə bir düşüncə var. İkincisi, sən torpaq istəyirsən, torpağı bu iqtidardan istəməyə ehtiyacın yoxdur. Sən bilirsən ki, o güclərin təsiri altındasan. O cümlədən, iqtidar da o güclərin təsiri altındadır. Yəni bunu qəbul etmək lazımdır ki, Azərbaycan bu gün Rusiya imperialist güclərinin təsiri və işğalı altındadır. Bu birmənalıdır, 80%. Burada çıxıb meydan oxumağa cəsarət lazımdır. Boş-boş nağıl cəfəngiyat yürüdən siyasətlərlə yox.

– Çox ciddi şeylər deyirsən. Əslində, həqiqət payı yox deyil. Deyirsən ki, hətta Əbülfəz Elçibəyin adı ilə qurulan, indi fəaliyyətdə olan partiyaların özləri belə fars və rus şovinizminin təsirindədir?

– Desələr, biz gedib durarıq onların yanında.

– Maraqlı bir şeydir. Hətta Elşən Bəyləroğlu deyilən bir adam yazıb ki, kahindir bu adam hər halda, mən indidən deyim ki, kimin əleyhinə danışdırılacaq, Əli Kərimlinin.

– Çox üzr istəyirəm. Amma mən bu məsələyə bir əlavə də edim. Bu gün hər şeyi qoyun qırağa. Gəlin Qərbi Azərbaycanda bu 17 il ərzində bizim öz soydaşlarımız bir neçə dəfə Urmiya gölü və ondan öncəki məsələlərlə bağlı meydanlara çıxmışdı. Bu gün həpisdə olan yetərincə cənublu qardaşlarımız, fədailərimiz, siyasi məhbuslarımız var. Gəlsinlər, desinlər ki, onlara görə meydana yığışıb bir tədbir keçiriblər. Keçiriblərmi? 2003-dən bu yana sadəcə bəlkə də 100 dənə mitinq olub. Bəlkə də mən az deyirəm. Birinin kütləviliyi Qarabağ üzərində qoyulubmu? Bütün təşkil olunan mitinqlərin tələbi seçkidən öncə, seçkiyə yaxın bir müddətdə yalnız seçki və demokratiyadır. Biz deyirik ki, illərdir bunu etmisiniz, düz eləyirsiniz, davam da edin. Amma bircə dənə mitinq də birliyiniz ilə Qarabağ şüarı altında təşkil edin. Niyə eləmirlər?

– Qarabağ şüarına da hökumət icazə vermir. Akif Nağı eləmək istədi, hökumət icazə vermədi. Siz belə şeylər edəcəksinizmi?

– Biz milli gücü birinci ortaya qoyuruq. Bunun üzərində də çalışmalarımız gedir. Biz sadəcə borcumuz olduğu üçün müraciət edirik. Biz qurtuluş yolumuzu da göstəririk, xalqın milli iradəsinin ortaya qoyulmasını göstəririk. Bu yöndə çalışmalar lazımdır. Yenə deyirəm, bu məsələlərdə bütün dünyadaki bütün Azərbaycan-türk övladlarının bu təfəkkürdə, istəkdə, arzuda olan bütün təşkilatların fərdlərinin birliyini təmin etmək lazımdır.

 

Təkcə Xalq Cəbhəsinin üzərinə getmirik ki, BAB-ın da üzərinə gedirik

– Mən belə başa düşdüm ki, Bütöv Azərbaycan Birliyinin də yaradılması və fəallaşması haqqında düşünürsünüz.

– Bütöv Azərbaycan birliyi var.

– O zaman BAB mənada deyil…

– BAB var. Biz təkcə Xalq Cəbhəsinin üzərinə getmirik ki, BAB-ın da üzərinə gedirik.

– Ki, niyə yoxsunuz, niyə yığışmırsınız?

– Yaxşı, onlar siyasi hakimiyyət uğrunda mübarizə aparır, getsin aparsın. Bəs siz niyə yığışmırsınız? Sizə nə yol qoyulmuşdu? Siz hara gedirsiniz, nə edirsiniz?

– Amma sizi təqdir edənlər də var. Loğman Məmmədov deyir ki, Hürrü bəyə eşq olsun. Sizinlə qürur duyuruq. Biz sizi Elçibəyin varisi kimi qəbul edirik. Siz indiki müxalifət sədrlərindən önəmlisiniz. Həsən Qasımov bütün şərhlərində müdafiə edir. Cavanşir Kazımov deyir ki, video-müsahibələrini dinləmişəm, çox savadlı bəydir, müxalifət liderlərindən fərqli olaraq hər çıxışında İranı, Rusiyanı hədəf seçir. Ağaşirin Tanrıverdioğlunun bir sualı var: “Müxalifətlə müttəfiqlik eləmək fikriniz varmı?” Buna deyəsən, təxminən cavab verdiniz.

– Cavab verdim, bir daha cavab verə bilərəm. Burada iqtidarla da, müxalifətlə də, ancaq sırf “Bəyaz” hərəkatın əsasları ilə qoyulmuş istiqamətdə hər bir kəslə müttəfiq fəaliyyət göstərə bilərəm. Biz ona görə müraciət edirik.

 

 

II hissənin sonu

 

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə