XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 13:22

PAŞİNYANIN “KABAB İYİ” VERƏN KADRLARI… –Dövlət Nəzarət Xidmətinin rəisinə ittiham elan olundu

Ruben Gülmisaryan

ru.armeniasputnik.am, 18.04.2019

 

Ermənistanda Dövlət Nəzarət Xidmətinin başçısı David Sanasaryana ittiham elan edilib, hər halda, Vətəndaş Günü bayramında xeyli məbləğ ayırmaq qərarına gəliblər, Hökumət Evinin isə birdən təcili təmirə ehtiyacı olub.

“Yeni” Ermənistanda durum dəyişilib.

Ermənistan Dövlət Nəzarət Xidmətinin (DNX) rəisi David Sanasaryana artıq ona tabe iki nəfərin vəzifə səlahiyyətlərindən sui-istifadə işinin aparıldığı çərçivədə ittiham elan olunub.

Ermənistan baş prokuroru Artur Davtyan bir neçə gün qabaq bu mövzuda danışmaqdan imtina edərək, bu ən önəmli sualı ən yaxın gələcəkdə cavablandırmağa söz vermişdi. Ən yaxın gələcək çox tezliklə yetişdi.

Ümumiyyətlə isə, əlbəttə, az adam inanırdı ki, bu qədər ciddi çəkisi olan xidmətin başçısının qulağının dibində rəisin heç bir günahının olmadığı hansısa belə işlər qarışdırıla bilər. Amma təqsirsizlik ehtimalı hər şeydən ucadır və hətta ittiham elan ediləndə də məhkəmənin qərarına qədər heç kimin insanı cinayətkar elan etmək hüququ yoxdur.

İndi Sanasaryana hər halda ittiham elan edildiyi bir vaxtda… Taleyin kinayəsi bunda deyil ki, ölkənin (vəzifəcə) baş antikorrupsionerindən (vəzifəsinə görə) mübarizə aparmalı olduğu məsələnin özündə şübhələnirlər.

Taleyin kinaysəi bundadır ki, sağ-solundakı adamları onlar haqqında məhkəmə hökmü çıxarılmadan “oğru və rüşvətxor” adlandıran, amma bununla yanaşı, sosial şəbəkələrdə hamını sevən Sanasaryan elə həmin sosial şəbəkələrdə hücumlardan qorunmalı və ona münasibətdə təqsirsizlik ehtimalına çağırmalı olacaq. Bu təqsirsizlik ehtimalının mövcudluğunu yalnız birbaşa ona tabe olan adamlardan kabab qoxusu gələndə xatırlayan Sanasaryan.

“Yeni” Ermənistanda durum dəyişilib.

Yadınızdadır, hakimiyyət “məxməri” dəyişiləndən sonra ilk dəfə orada olanların Facebook-da Hökumət Evindən “layflar”ı başlamışdı – kabinetləri, başqa otaqları göstərir, “təmtəraqlı” adlandırırdılar. Bax, bütün keçmiş hökumət belə pis imiş – əlbəttə, birincidən savayı (Levon-Ter-Petrosyanın hökuməti nəzərdə tutulur-tərc.).

İndi isə tam bir il keçməmiş aydınlaşır ki, bu Evin özünün dövlətin büdcəsinə 132 min dollara başa gələsi təcili təmirə ehtiyacı var.

Burada iki variant mümkündür. Birincisi – bir il qabaq Hökumət Evində belə heç bir cah-cəlal olmayıb və artıq binanın təmirə ehtiyacı var idi, sadəcə, əvvəlki bütün hökumətlərin “antixəlqi iç üzünü” göstərmək olduqca lazım idi. Əlbəttə, birinci hökumətin özündən savayı.

İkincisi isə… düzünü desək, hətta bu haqda düşünmək naqolaydır, amma yenə də: təmtəraqlı binada cəmi bir ildə hansı oyunlardan çıxmaq lazım idi ki, təcili təmir tələb olunsun?

132 min ABŞ dollarına Gümrinin neçə ailəsini normal mənzilə köçürmək olardı?

“Yeni” Ermənistanda durum dəyişilib.

Vətəndaş Gününü əvvəlcə bizə özfəaliyyət kimi vəd etmişdilər – o mənada ki, yeni bayramda dövlət büdcəsindən xərclənməyəcək. Bu gün bayramı keçirməyə hökumətin ehtiyat fondundan 250 min dollardan az olmayaraq pul ayırmaq qərarı alınıb. Ölkəmiz ki varlıdır, bütün keçmiş hökumətlərin devrilməsini bayram etmək isə müqəddəs işdir (əlbəttə, birincisindən savayı).

250 min ABŞ dollarına Gümridən neçə ailəni normal mənzilə köçürmək olardı?

“Yeni” Ermənistanda durum dəyişilib.

“Yerkrap” Könüllülər Birliyinin başçısı vardı – pis adam, dözülməz cındırın biri  idi. Və özü hakim partiyadan deputat idi, oğlu şəhərin meri işləyirdi. İndi başçı yenidir – o, artıq yaxşı adamdır, hakim partiyadan parlamentin deputatıdır, oğlu isə şəhərin meri olub.

“Yeni” Ermənistanda durum dəyişilib.

Tərcümə Strateq.az-ındır.