XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 18:37

NOTR-DAM YANĞINI, ÜSAMƏ BİN LADEN MİFİ VƏ MƏRKƏZİ ASİYADA TEZLİKLƏ GÖZLƏNƏN QARIŞIQLIQ:siyasi zəlzələ  hara yönələcək? – Təhlil  

Dmitri Alimkin

regnum.ru, 18.04.2019

 

Paris Tanrı Anası Kilsəsindəki yanğının səbəbinin qəsdən odvurma  olduğu tamamilə aydındır. Birincisi, bu məhz katolik Pasxasından qabaq baş verib. İkincisi, Paris kilsəsilə bir vaxtda Qüdsdə əl-Əksa məscidi yanıb. Qüds məbədinin yerində duran həmin məscid. Amma məsciddə yanğını vaxtında söndürmək mümkün olub. Üçüncüsü, niyə heç kim demir ki, Notr-Dama od vurmazdan iki hətfə qabaq San-Sülis kilsəsinə, yanğından üç həftə öncə isə Sen-Denidə Fransa krallarının məqbərəsinə od vurmaq cəhdləri olub.

Siz belə bir təsadüfə inanırsınız? Mən xeyr. Şərhçilərin çoxu – və təkcə Rusiyada deyil – bu fikirdə bir-birilə düz gəlir ki, kilsədəki yanğın “göylərdən işarə” deyilsə, onda, ən azı, rəmzdir. Parisdəki yanğında “səmadan işarə”ni görənlərin hamısı üçün əlavə edə bilərəm ki, İldırımsaçan Zevs bundan iki gün sonra Afinada Akropola ildırım zərbəsi vurub, nəticədə dörd nəfər ziyan çəkib. Belə ki, demək olar, göylər bütpərəstləri də yaddan çıxarmayıb. Düzdür, orada yanğın olmayıb, çünki yanası nəsə yoxdur, bircə daşlardır. Kimsə bizə daha yaxın “nişanə” istəyirsə, onda, necə deyərlər, “velkom” (ingiliscə: buyurun-tərc.): aprelin 17-də Belarusun Vitebsk vilayətinin Qorodok bölgəsində Müqəddəslər Pyotr və Pavelin kilsəsi yanıb. Bax, belə bir yerli Notr-Dam.

Bəs bilinməz odvuranlar bizə nə demək istəyiblər?

Kimsə gizli mənalar axtarmamağı və şeylərə daha sadə baxmağı təklif edir. Kilsənin, vur-tut, onsuz da bərpanın gedişində dəyişməyə hazırlaşdıqları damı yanıb, çünki çürümüşdü. Kilsənin təmiri üçün ianə yığmağın 15 ili boyunca yalnız 100 milyon avro toplamaq mümkün olub, damı “sökən” yanğın nəticəsində isə bir-iki gün ərzində artıq 1 milyard avro yığıblar. Bununla yanaşı, ən dəyərli heykəlləri qəribə təsadüfdən məhz yanğın ərəfəsində damdan götürüblər.

Tutaq ki, hər şey belə də var, amma yenə də bu versiyanın müəllifi ilə razılaşmaram. Hətta hər şey məhz belə də olubsa, odvuran sui-qədçilər bu hadisənin bütün dünyada necə bir ictimai əks-səda doğuracağını anlamaya bilməzdilər. Siyasət – kütlələrin enerjisini yönəltməkdir, burada isə bu enerjilər nə qədər püskürüb! Və bundan sonra necə iddia etmək olar ki, bu ümumdünaya duyğu partlayışının hamısı kilsənin bərpası üçün vəsait yığmaq üzrə əməliyyatın yalnız əlavə effekti idi?

Bu səviyyəli fəsadlar həmişə elə hazırlanır ki, icraçılar əsil məqsəd barədə heç nə bilməsin və səmimi düşünsünlər ki, öz maraqlarında hərəkət edirlər. Yəni (bu versiya çərçivəsində)  kilsəyə od vuranlar bərpaya vəsait yığmaq məqsədi güdüblər. Onları gizlicə oynadanlar isə nəsə başqa bir şeyi nəzərdə tutublar.

Bilinməz sifarişçilərin hansı effekti əldə etmək istədiklərini bilmirəm, amma düşünürəm ki, ən yaxın bir neçə həftədə, ya da ayda bütün bunları bilərik.

Bənzərlik kimi 2011-ci il 11 sentyabr Nyu-York teraktını götürmək olar. Onda da nə və niyəsi əvvəlcə bəlli deyildi. Amma hər şey olduqca sürətlə aydınlaşdı. ABŞ hökuməti ictimai affekt dalğasında vətəndaşların hüquqlarına həmləyə başladı. İndi bilirik ki, terrorçular tərəfindən partladılan bombaya sarınmış təcrid lentininn qiymətinə ABŞ-da internetdə baxsanız, tezliklə sizə maskalı və avtomatlı adamlar gələcəklər. Və hamı buna artıq alışıb.

ABŞ sonra İraq və Əfqanıstanın işğalını həyata keçirdi və öz əhalisini tam on il mifik Üsamə bin Ladenlə virtual savaşla qorxutdu. Onu “öldürəndən” sonra İraqda hərbi iştirak “ərəb baharı”nın fırladılmasına yardım oldu. İndi isə Mərkəzi Asiyada hamımızın tezliklə görəcəyimiz qarışıqlıq üçün hər şey hazırdır.

İndi bunu izləmək gərəkdir ki, Parisdə yanğının Qərb siyasi diskursunda müzakirə xətti hara yönələcək. Ehtimal ki, indiki halda yalnız hökumətin hansısa hərəkəti deyil, yanğının daha çox tezliklə baş verəcək hansısa hadisələrə mistik bağlılığı izahatı bəraət olacaq. Siyasətçilər bu hadisə kimi hədiyyədən yararlanmaya bilməzlər. Məsələ təkcə bundadır – necə? Ola bilsin, kimsə “necə”ni artıq bilir.

Dərhal bu gümanı rədd edirəm ki, Fransa hökuməti yanğın haqda söz-söhbətlə xalqın diqqətini “sarı jiletlər” etirazından yayındırmaq istəyir. İnsana şəxsən dəxli olmayan hadisə ilə onu şəxsi-maddi problemlərindən yayındırmaq olmaz.  Hər halda, çağdaş Qərb insanını heç cür.

Tərcümə Strateq.az-ındır.

 

 





Yuxarı Əvvələ Ana Səhifə