XƏBƏR LENTİ

15 Oktyabr 2018

Digər Xəbərlər

07 Dekabr 2017 - 14:29

Ayətullah Sistani Qüds bəyanatına münasibət açıqladı:“Tramp  yüz milyonlarla müsəlmanın hissi ilə oynayıb”

İraqın məşhur mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistani Trampın İsrailin paytaxtı kimi Qüdsü tanımasını qınayıb.  

Bu barədə İraqın "Shafaqna" saytı məlumat yayıb.  Ayətullah Sistani bəyanatında qeyd olunub ki, Tramp Qüds ətrafında yüz milyonlarla ərəb və müsəlman hissi ilə oynayıb. Ancaq bu qərar Qüdsün işğal olunmuş ərazi olaraq həqiqi sahibi olan fələstinlilərə qaytarılmasına mane ola bilməyəcək. 

 Qeyd edək ki, dünən axşam ABŞ prezidenti Donald Tramp açıqlaması zamanı Qüdsü İsrailin paytaxtı elan edib.   Xatırladaq ki, Trampın gözlənilən bu qərarına İran, Türkiyə, bir çox müsəlman ölkələri və Avropa Birliyi rəsmi şəkildə etiraz edib. (eastnews.org)