Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

15 May 2018 - 11:30

QMİ FƏTVA VERDİ –Ramazan ayının başlaması ilə bağlı

 

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iclası keçirilib.

Strateq.az xəbər verir ki, iclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.

Fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Fətvada deyilir: “Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir:

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 17 may 2018-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq”.

Bildirilib ki, oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub: “Müqəddəs kitabımız olan Qurani-Şərifdə Allah-Təalanın hökmü belədir: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilib. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar” (Bəqərə, 185). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-Təalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilib”.

Qeyd olunur ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-Təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir: “Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir”.

Fətvada deyilir ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir: “Əminik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə kömək edəcək, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcəklər.

Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”.