XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

06 Noyabr 2018 - 18:11

Şeyxülislam Allahşükür Paşazadə İspaniya Senatının sədri ilə görüşüb –FOTO

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində İspaniya Senatının sədri Pio Qarsia Eskudero ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, QMİ sədri konfransın keçirilməsində göstərdiyi dəstəyə görə İspaniya hökumətinə təşəkkür edib. Bildirib ki, Azərbaycan ilə İspaniya arasındakı mövcud münasibətlər gələcəkdə də bu kimi tədbirlərin keçiriləcəyini deməyə əsas verir.

Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını İspaniya Senatının sədrinə və ispan xalqına çatdırıb və onu Azərbaycana dəvət edib. Senatın sədri Pio Qarsia Eskudero “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın xalqlarımız arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olacağına inandığını bildirib.

Görüşün sonunda Senatın sədrinə xatirə hədiyyəsi təqdim olunub.