XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

30 Dekabr 2018 - 16:04

Səudiyyəli qadınlar niqab əleyhinə etiraz edir –Tvitterdə kampaniya başlanıb

Səudiyəli qadınlar geyinməyə məcbur edildikləri üz örtülərini tapdalayırlar və sosial mediada #NiqabAyaqlarımınAltında haştaqı altında bununla bağlı öz hekayələrini paylaşırlar.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu kampaniya Səudiyyə Ərəbistanında qadınlar üçün tətbiq olunan sərt dres-koda qarşı etirazların ən sonuncusudur.

Qadınlar Twitter-də üz örtüsü taxmağa məcbur edildiklərinə dair hekayələr paylaşıb. Bəziləri etiraz olaraq niqabın üzərinə çıxdıqları şəkilləri paylaşıb: “Mən niqabımı çıxarmağa qərar verəndə anam dedi ki, o məni heç vaxt bağışlamayacaq. Mən öz qərarımın arxasında durdum və aylar boyu onun emosional və sözlü basqılarına məruz qaldım. Bu mənim üçün bir seçim deyildi, ölkədəki bir çox qız üçün də seçim deyil” – deyə, bir etirazçı yazıb.

Kampaniya tənqidlərlə qarşılanıb. Bəziləri deyib ki, bu, niqab geyinmək istəyən qadınlara qarşı hörmətsizlikdir: “Geyinmək istəmirsinizsə, bu sizin seçiminizdir, amma geyinənlərə də hörmət etməlisiniz. Sizin ərəbcə (#NiqabAyaqlarımınAltında) haştaqınız dinə sədaqət səbəbilə niqab geyinmək istəyənlərə qarşı hörmətsizlikdir.” deyə biri tvit atıb.

Bu ilk dəfə deyil ki, Səudiyyə qadınları sosial mediada dini geyimə qarşı etiraz edir. Ötən ay qadınlar etiraz olaraq uzun libaslarını tərsinə geyinmişdi. Səudiyyə Ərəbistanında ölkədə hökm sürən Şəriət qanunlarına uyğun hüquqi kodeks mövcud deyil, lakin polis və ədliyyə sistemi uzun zamandır sərt dres-kod tətbiq edir.

Vəliəhd şahzadə Məhəmməd bin Salman mart ayında deyib ki, qadınlar təvazökar geyimlər geyinməlidir, amma niqab geyinmək məcburiyyətində deyillər. Lakin səudiyyəli qadınlar deyir ki, onun bu sözlərinə baxmayaraq praktiki olaraq heç nə dəyişməyib və onlar daha çox azadlıq tələb edir.

Səudiyyəli qadınlar son illərdə daha rəngarənq libaslar geyinməyə başlayıb.