XƏBƏR LENTİ

23 Mart 2019
22 Mart 2019

Digər Xəbərlər

06 Yanvar 2019 - 09:39

Həcc ziyarətinə ən çox hansı ölkə vətəndaşları gedir? –ADLAR

Son 4 ay ərzində islam ölkələrindən ümumilikdə 2 milyon 180 min nəfər həcc ziyarətinə gedib.

Strateq.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Nazirliyin hesabatına görə, siyahıda Pakistan (600,015 nəfər) birinci, İndoneziya (394,027 nəfər) ikinci, Hindistan (281,589 nəfər) üçüncü yeri tutub.  Türkiyə isə 60,086 nəfərlə səkkizinci yerdə qərarlaşıb. Türkiyə həm də son 4 ay ərzində islam ölkələri arasında həcc ziyarətinə ən çox rəğbət göstərən 10 ölkədən biri olub.