XƏBƏR LENTİ

18 Yanvar 2019
17 Yanvar 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 12:32

Binəqədidə qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb –Təfərrüat

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi RPİ 4-cü Polis Şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.

“Nəticədə Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib. Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28000 ədəd vizit kart aşkar edilərək götürülmüşdür. Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilmiş və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılmışlar”.

Araşdırmalar aparılır.