XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

05 Mart 2019 - 13:44

Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün qiymət bahalaşıb –Müftidən açıqlama

Bu il Azərbaycanda Həcc ziyarəti üçün ayrılan kvota məlum olub.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev bildirib ki, bu il ziyarət üçün 2000 kvota ayrılıb.

O qeyd edib ki, ötən il də kvota eyni olub, sadəcə yekunda 1440 nəfər sənəd vermişdi: “Bu il otellərdə fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Yəni, qiymətlərdə 75 dollar artım olacaq”.

Başqa sözlə, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

S.Musayev vurğulayıb ki, fevralın 26-dan etibarən sənəd qəbuluna başlanılıb və proses may ayının sonuna kimi davam edəcək: “Səfərin avqust ayının əvvəlində olması planlaşdırılır. Hazırda AZAL-la dəqiq tarixlər müzakirə olunur, çünki onlar qarşı tərəfdən yol xəritəsi almalıdırlar.  (Report)