XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

09 Mart 2019 - 13:56

QMİ:"Həcc ziyarətinə getmək üçün sənəd verənləri sayı 300-ə çatıb"

Bu il Həcc ziyarətinə getmək üçün sənəd verənləri sayı artıq 300-ə çatıb.

Bu barədə açıqlama Lent.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilib.

Həcc ziyarətinə sənəd qəbulu fevralın 22-də başlayıb.

Sənəd qəbulu prosesi Ramazan ayının sonuna, yəni iyunun 5-dək aparılacaq.

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarlar üçün vahid olaraq 4285 dollar qiymət təyin olunub.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 1440 nəfər gedə bilərdisə, bu il kvota yoxdur.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu ancaq QMİ tərəfindən həyata keçirilir.