XƏBƏR LENTİ

21 Aprel 2019
20 Aprel 2019

Digər Xəbərlər

16 Aprel 2019 - 12:38

PA rəsmisi:"Sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir"

“Media nümayəndələrinin din sahəsində məlumatlılığı bu sahədə yazılan məlumatların daha sanballı olmasına kömək edir”.

Bunu Prezident Adminstrasiyasının (PA) Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov deyib.

O bildirib ki, dini sferanın şəffaflığı önəmlidir: “Başqa ölkələrdən gələn nümayəndələrə ölkədəki dini münasibətlər nümunə kimi göstərilə bilir. Dini icmaların fəaliyyətinə dövlət tərəfindən bütün zəruri dəstək verilir”.

PA rəsmisi əlavə edib ki, ölkədə heç bir dinə digərindən çox üstünlük verilmir və bu da beynəlxalq normaların tələblərinə tam cavab verir: “Azərbaycanın multikultralizm siyasəti ilə bağlı yüksələn xətt üzrə gördüyü işlər onu digər ölkələrdən fərqləndirir”.

“Bu gün sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir. Ona görə də radikal, xurafata meyilli qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq cəhdlərinin qarşısı alınmalıdır. Bu səbəbdən birlikdə bu kimi məqamların qarşısını almaq üçün çalışmalıyıq. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orada bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbirlər görməsin. Proses gələcəkdə də davam edəcək”, –  Ə.Zülfüqarov əlavə edib/Report.