XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

06 May 2019 - 10:42

Gürcüstan rəsmiləri ölkə müsəlmanlarını təbrik ediblər –Ramazan ayının başlaması münasibətilə

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkə müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Spiker müsəlmanlara sülh və əmin-amanlıq arzu edib.

İ.Kobaxidze müsəlmanları Gürcüstanın ayrılmaz hissəsi adlandıraraq onların ölkənin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də Ramazan ayı münasibətilə müsəlman vətəndaşlara təbrik ünvanlayıb.

O, müsəlmanlara xoşbəxtlik və səadət arzu edib. Dövlət naziri bildirib ki, Gürcüstan multietnik ölkədir və bu da ölkəni daha zəngin və müxtəlif edir.

Qeyd edək ki, Gürcüstan əhalisinin təqribən 11%-ni müsəlmanlar təşkil edir.  /Report