Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

25 Aprel 2018
24 Aprel 2018

19 Aprel 2017 - 14:20

Sorğu:"Le Pen seçkilərin ikinci turunda məğlub olacaq"

Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda öz rəqiblərinə uduzacaq. Bunu “Cevipof” kompaniyasının “Monde” nəşri üçün keçirdiyi sosioloji sorğunun nəticələri göstərir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, sorğunun nəticəsinə əsasən seçkilərin ikinci turuna keçəcəyi təqdirdə Le Pen Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona 61 faizin 39 faizə, keçmiş baş nazir Fransua Fiyona 55 faizin 45 faizə, “Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşona isə 57 faizin 43 faizə nisbətində səslə məğlub olacaq.

Bununla belə, ilk turda qüvvələr balansı dəyişməyib: Makron 23 faiz səslə liderlik edir, onun ardınca 22,5 faiz səs toplayan Le Pen gəlir. Seçicilərin 19,5 faizinin etimadını qazanan Fiyon üçüncü yerdə qərarlaşıb, onu isə 0,5 faiz fərqlə Melanşon izləyir.

Sorğuya əsasən, fransızların 28 faizinin səs vermək üçün məntəqələrə gəlməyəcəyi gözlənilir.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.