Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    KOREYA LİDERİ: “MƏN TERRORA İNANIRAM, İNTİHARA YOX” –"Washington Post"da xəyali müsahibə
  • " width="300" height="266" />
    Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

12 Avqust 2017 - 11:27

Analitiklər:"Venesuela iflas etsə, neftin qiyməti..."

Analitiklərin fikrincə dünyanın ən böyük neft istehsalçılarından biri olan Venesuelada 70 faiz qiymətləndirilən iflas riski reallaşarsa neftin qiyməti 60 faiz artacaq.

Azərtac xəbər verir ki, Venesuelanın sürükləndiyi siyasi və iqtisadi xaos neft bazarlarında ən böyük geosiyasi risk kimi qiymətləndirilir. Otuz milyon əhalisi olan Venesuelada siyasi gərginlik artmaqdadır. Ölkədə dörd aydır davam edən aksiyalarda 120-dən çox insan ölüb və minlərlə insan həbs olunub. Prezident Nikolas Maduro bütün gücü özündə cəmləşdirib konstitusiyada müəyyən dəyişikliklər etməkdə müvəffəqiyyətli olsa da ölkədə iqtisadi çöküşün qarşısının alınmasının çətin olacağı görünür. Ən böyük çətinlik isə ölkənin ilin qalan dövründə 5 milyard dollarlıq borc geri ödəməsidir. Bu həcmin bir hissəsini ölkə borcu, qalanının isə dövlətə məxsus PDVSA (Petroleos de Venesuela) enerji şirkətinin ödənişləri təşkil edir.

Ekspertlər ölkənin 70 faiz qiymətləndirilən iflas riskinin reallaşması vəziyyətində neftin qiymətinin 80 dollar/barrel olacağını proqnozlaşdırırlar.

“S&P Global Ratings”ə görə, Venesuelanın 3 milyard dollar vəsaiti qalıb və bu, “qırmızı həyəcan” deməkdir. Venesuela təkcə bu ay 725 milyon dollar borcu geri qaytarmalıdır. Bundan başqa, oktyabr və noyabr aylarında daha 3,6 milyard dollar ödənilməlidir.

Buna görə də ABŞ sanksiyalar mövzusunda təmkinli davranır və ölkənin neft sektorunu hədəf alan sanksiyaları əl atmır. Venesuelanın ABŞ-a gündəlik neft ixracı təxminən 800 min barreldir və bu, ölkənin sutkalıq ixracının yarısını təşkil edir. Neft gəliri hazırda ölkənin yeganə maliyyə mənbəyidir. ABŞ-ın Venesuelaya embarqo tətbiq edəcəyi təqdirdə ölkə iqtisadiyyatı iflasa sürüklənəcək.

“Wall Street Journal” qəzetinə görə, ölkənin qarşıdakı 12 ayda iflas riski 70 faizdir.

Analitiklərin fikrincə, “PDVSA”nın ABŞ-ın “Citgo” neft emalı zavoduna satışlarının azalması da vəziyyəti daha çıxılmaz edir. Venesuelanın gündəlik neft istehsalı 1,9 milyon barreldir. Bu rəqəm son 3 ildə dünyadakı neft təklifi çoxluğuna bərabərdir. Buna görə də ölkə neftinin bazardan çıxması vəziyyətində “qara qızıl”ın qiymətinin artacağı nəzərdə tutulur. Ölkənin borcunu neft satmaq ilə geri ödəməsinin isə ixraca böyük zərbə vuracağı qeyd edilir.

“RBC Capital Markets”in analitiki Helima Croftun fikrincə, Venesuelada iflasın reallaşacağı təqdirdə neftin qiyməti bir neçə ay ərzində 60 faiz artaraq 70-80 dollar/barrelə çata bilər. O, ölkənin istehsal gücünü artırmaq ehtimalının olmadığını və “PDVSA”nın iflas etməsi halında isə “qara qızıl”ın qiymətinin kəskin yüksələcəyini düşünür.