Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 Avqust 2017 - 12:07

Donald Tramp:"Birləşmiş Ştatlar döyüşə hazırdır"

ABŞ Prezidenti Donald Tramp cümə günü Şimali Koreyanı yenidən hədələyərək bildirib ki, ABŞ hərbçiləri “döyüşə hazırdırlar”. Rəsmi Pxenyan isə, öz növbəsində, Trapmı Koreya yarımadasında vəziyyəti nüvə müharibəsi həddinə çatdırmaqda ittiham edib.

Azərtac xəbər verir ki, Pentaqonun bəyanatında Birləşmiş Ştatlar və Cənubi Koreyanın planlaşdırılmış birgə hərbi təlimləri on gündən sonra başlanacağı bildirilir. Şübhəsiz, bu təlimlər Şimali Koreyanı daha da qıcıqlandıracaq. Prezident Tramp Çini Pxenyana təzyiq göstərməyə və Şimali Koreyanın “ipini yığmağa” çağırıb. Tramp deyib ki, tezliklə bu barədə Çinin Prezidenti Si Cinpin ilə söhbət edəcək. Şimali Koreya ilə münaqişəli vəziyyətə münasibət bildirən Tramp özünün tvitter səhifəsində yazıb ki, “bu məsələnin həllinin hərbi yolları tamamilə işə salınıb və əgər Şimali Koreya ağılsız hərəkət edərsə, biz döyüşə hazırıq. Ümidvaram ki, Kim Çen İn başqa yol tapacaq!”.