Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

21 İyul 2018
20 İyul 2018

Digər Xəbərlər

12 Avqust 2017 - 13:33

İlk dəfə Günəşdən kənar planet kəşf edilib- Rus-türk teleskopu ilə

ÜBİTAK (Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsi) Milli Rəsədxanasında qurulan RTT150 rus-türk teleskopu vasitəsilə ilk dəfə Pegasus bürcündə yaşlı bir ulduzun ətrafında fırlanan Günəş sistemindən kənar bir planetin kəşf edildiyi açıqlanıb.

Azərtac ntv.com.tr saytına istinadla xəbər verir ki, Kazan Federal Universitetindən Roman Juçkovun qrupunun türk və yapon mütəxəssisləri ilə birlikdə dünyada kosmos müşahidələrinin ən yaxşı aparıldığı nadir sahələrdən biri kimi qəbul olunan TÜBİTAK Milli Rəsədxanasındakı RTT150 teleskopu ilə HD 208897 kodlu ulduzun ətrafında fırlanan Yupiterə bənzər planet kəşf ediblər.

Alimlərin hesablamalarına görə, sözügedən planet “Yupiterin əkizləri” qrupuna aiddir və Günəş sistemindəki Yupiter planeti ilə müqayisədə 1,5 qat daha böyük bir kütləyə malikdir. Ekzoplanetin ulduza məsafəsi təxminən Yupiterin Günəşə olan məsafəsinə bərabərdir.