Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 Avqust 2017 - 16:54

Çinin milli valyutyası ucuzlaşacaq- Proqnoz

Çinin milli valyutyası – yuan bu həftə 33 əsas valyuta ilə müqayisədə ən yaxşı dinamikanı göstərsə də, dünyanın aparıcı proqnoz mütəxəssisi yuanın getdikcə ucuzlaşacağını bildirib.

"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, İsveçin "Skandinaviska Enskilda Banken" bankının baş strategiya mütəxəssisi Şon Yokotaya (Sean Yokota) hesab edir ki, ilin sonuna qədər yuan 0,7% ucuzlaşacaq. Qeyd edək ki, "Bloomberg"in analitiklər arasında apardığı sorğunun nəticələrinə əsasən, Ş.Yokota yuan üzrə ən dəqiq proqnoz verən mütəxəssisdir.

"Düşünürəm ki, Çin Mərkəzi Bankı may və iyun aylarından fərqli olaraq bir qədər neytral mövqe tutub və yuanın möhkəmlənməsini istəmədiyi müşahidə olunur. İxracın zəiflədiyi dövrdə ona güclü yuan lazım deyil", – deyə analitik qeyd edib.

Qeyd edək ki, yuan son 3 ayda ABŞ dolları ilə müqayisədə 3,7% möhkəmlənib. Ötən il isə yuanın məzənnəsi dollarla müqayisədə 6,5% zəifləyərək son 32 ilin ən kəskin devalvasiyası ilə üzləşib.