Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 Avqust 2017 - 17:37

Argentina hökuməti Maduronu “Xilaskar San-Martin”ordenindən məhrum etdi

Argentina hökuməti Venesuela Prezidenti Nikolas Maduronu respublikanın ali dövlət mükafatı – “Xilaskar San-Martin” ordenindən məhrum etmək barədə qərar qəbul edib.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, müvafiq fərman Argentina Respublikasının rəsmi bülletenində dərc edilib.

Sənədə əsasən respublika hökuməti “Xilaskar San-Martin” ordeninin şərəfinə uyğun gəlməyən fəaliyyətinə görə Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu ondan istifadə hüququndan məhrum edib.

Argentina hökuməti Maduronu əsasən etirazları boğmaq və müxalifətçiləri həbs etmək üçün hərbi resurslardan və məhkəmələrdən əsassız istifadə etməkdə günahlandırır.

Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.