Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 Avqust 2017 - 22:15

Aleksandr Vulin:"Serbiya NATO-ya üzv olmaq niyyətində deyil"

Serbiya NATO-ya üzv olmaq niyyətində deyil və Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməsini xahiş edir.

Azərtac xəbər verir ki, bu fikri Ria Novosti agentliyinə müsahibəsində Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib.

“Biz təbii ki, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində NATO ilə əməkdaşlıq edirik və bundan razıyıq. Biz həmişə NATO-dakı tərəfdaşlarımıza bəyan edirik ki, hərbi neytrallığımızı saxlayırıq və NATO-ya üzv olmaq istəyimiz yoxdur. Bu, bizim qəti mövqeyimizdir”, – deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Serbiya tərəfdaşlarından – Rusiyadan, ABŞ-dan, NATO-dan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onun bu qərarına hörmət etməsini gözləyir.