Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

13 Sentyabr 2017 - 17:56

Hillari Klinton Trampı təhqir etdi:“Bu fırıldaqçı və yalançı mənim tüklərimi ürpədir"

ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton özünün yeni çapdan çıxan “Nə baş verib?” adlı kitabının təqdimat mərasimi zamanı prezident Donald Trampın seçkilərdə onu məğlub etmək üçün Rusiya ilə sövdələşməyə girdiyinə əmin olduğunu deyib.

Virtualaz.org Qərb KİV-lərinə istinadən bildirir ki, Hillari Klinton indiyədək Trampın Rusiya ilə işbirliyinə dair bu cür qəti danışmamışdı. Demokratların namizədi deyib ki, Trampın yaxın çevrəsi Rusiyanın seçkiyə müdaxiləsinə kömək edib.

Klitonun 495 səhifəlik kitabında Tramp haqda sərt ifadələr yer alır.  Hillari Klinton onu  "mənfur və açıq-aşkar seksist" adlandırır. O yazır ki, "Tramp bu ölkə və dünya üçün aşkar və real bir təhlükədir". Klinton qeyd edir ki, "bu fırıldaqçı və yalançı onun tüklərini ürpədir".

"USA Today" qəzetinə Rusiya əlaqələri barədə müsahibə verən Klinton deyib ki, Trampla ruslar arasında qəti şəkildə kommunikasiya və anlaşma olub. "Mənim buna heç bir şübhəm yoxdur: Putin mənim məğlubiyyətimi və Trampın qələbəsini istəyirdi" – keçmiş birinci ledi və keçmiş dövlət katibi deyib.

Rusiya ilə Tramp arasında sövdələşmənin olub-olmadığı barədə suala Klinton "əminəm ki, olub" cavabını verib.

Tramp kampaniyası və Rusiya arasında əlaqələri hazırda xüsusi prokuror Robert Müller və Konqresin bir neçə komitəsi araşdırır. Klinton öz kitabında yazır ki, Müllerin təhqiqatı “Uotrgeyt” qalmaqalının təhqiqatından daha ciddidir. O həmçinin deyib ki, Putin ondan "şəxsi qisas" alıb.

 

Klinton yazır: "Mən təkcə Donald Trampa qarşı yarışmırdım. Mən Rusiyanın kəşfiyyat aparatı ilə üzbəüz idim…Bu normal siyasət oyunu deyildi. Bu, başqa söz tapa bilmirəm…müharibə idi".

Hillari Klinton kitabında habelə FTB-nin o vaxtkı direktoru Ceyms Komini  tənqid atəşinə tutur. Komi  seçkiyə bir neçə gün qalmış Klintonun  e-maillərinə dair təhqiqatın başlandığını elan etmişdi. Klinton öz partiyadaşı Bernie Sandersi də ittiham edir.

O yazır: "Bunlar hamısı mənə qarşı gələn qüvvələr idi. Mən Sandersdən və onun tərəfdarlarından gözlədiyim dəstəyi görmədim və bu, çox ağırdır". Klinton kitabında Trampın yanaşmasını Corc Oruellin  "1984" əsərinə bənzədir və yazır ki, o "həqiqətə qarşı müharibə" aparırdı.

Kitabda deyilir ki, məhz sovetlər özlərini bu cür aparır, tarixi fotolardan siyasi dissidentləri silirdilər. Klinton bildirib ki, o məğlubiyyətin ardınca antidepressant həblərdən imtina edib və əvəzində “Chardonnay “şərabı içib.

Donald Trampa gəlincə isə, o bu hadisəyə də Tvitterdə münasibət bildirib: "Başqalarının məni tanımadan mənim haqqımda kitab, böyük-böyük məqalələr yazmasını görmək heyrətamizdir. SAXTA XƏBƏRLƏR". Ağ Evin mətbuat katibi Sara Sanders isə deyib ki, xanım Klintonun siyasi həyatının son fəslini "saxta və məsuliyyətsiz hücumlara" həsr etdiyini görmək kədərlidir.