XƏBƏR LENTİ

17 Oktyabr 2018
16 Oktyabr 2018

Digər Xəbərlər

14 Noyabr 2017 - 22:22

“Əgər mənim ölkəmi məhv etmək istəsəniz, sizi öldürəcəm…” –Prezident narkobaronları hədələdi

Filippin Prezidenti Rodriqo Duterte ölkəsində narkotik maddələrin yayılmasını təşkil edən istənilən şəxsi öldürəcəyini açıqlayıb.

Duterte prezidentlik müddətinin son gününə qədər davam edən bir savaş apardığını deyib.

“Əgər mənim ölkəmi məhv etmək istəsəniz, sizi öldürəcəm. Kasıb ölkəmizin yeganə resursu olan gəncləri məhv etsəniz, sizi öldürəcəm. Bundan şübhəniz olmasın”, – Duterte deyib.

Qeyd edək ki, Dutertenin hakimiyyətə gəldiyi 2016-cı ilin may ayından Filippində narkotik ticarətində bilavəsitə və ya dolayı yolla əlaqəsi olan 2400 nəfər öldürülüb/Axar.az.