Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

15 Noyabr 2017 - 11:38

Dünyada enerjiyə tələbat 30 faiz artacaq- 2040-cı ilədək

Qənaət tədbirlərinə və yeni texnologiyaların tətbiqinə baxmayaraq, 2040-cı ilədək dünyada enerjiyə tələbat 30 faiz artacaq. Artım hazırda Çinin və Hindistanın birgə tələbatına bərabər olacaq.

Beynəlxalq Enerji Agentliyinin (IEA) yaydığı “Dünya enerji icmalı” adlı hesabatda qeyd edilir ki, Avropa, ABŞ və Yaponiyada yaxın gələcəkdə enerjiyə tələbat azalsa da, Hindistan və Çin kimi ölkələrdə ciddi şəkildə artacaq. Artan enerji tələbatının ən böyük hissəsi Hindistanın payına düşəcək (1 trilyon ton xam neft ekvivalenti). Sonrakı yerlərdə Çin (790 milyon ton), Afrika qitəsi (485 milyon ton), Yaxın Şərq (480 milyon ton) və Cənub-Şərqi Asiya (420 milyon ton) dayanır. Əlavə enerji tələbatının üçdə iki hissəsi Asiya ölkələrinin payına düşəcək.

Agentliyin proqnozuna görə, tələbatın artımı ilə yanaşı, enerji daşıyıcılarının tərkibində də dəyişiklik olacaq. Enerji daşıyıcıları içərisində ən çox ehtiyac təbii qaza olacaq. Eyni zamanda, bərpaolunan enerji mənbələrindən istifadə də geniş vüsət alacaq. Enerji artımının 40 faizi bərpa olunan enerji mənbələrinin hesabına təmin olunacaq. Bununla da kömür istehsalı tənəzzülə uğrayacaq.

Hesabatda, həmçinin qeyd edilir ki, xam neftə tələbat artsa da, tədricən bu yanacaq növünə ehtiyacın azalması müşahidə olunacaq. Eyni zamanda, atom enerjisinə maraq öz qüvvəsini saxlayacaq. 2030-cu ildə Çin dünyanın ən böyük nüvə enerjisi istehsalçısı kimi ABŞ-ı geridə qoyacaq(azərtac).