XƏBƏR LENTİ

10 Dekabr 2018

Digər Xəbərlər

12 Yanvar 2018 - 19:21

Putin:“Suriyada təxribat törədənlər var, amma türklər deyil”

 

Rusiya prezidenti Vladimir Putin, Suriyadakı rus hərbi bazalarına edilən hücumla bağlı açıqlama verib.

Sputnik xəbər verir ki, Kreml rəhbəri bu barədə ölkə KİV-lərinin baş redaktorlarının suallarını cavablandırarkən danışıb.

“Türkiyə prezidenti cənab Ərdoğanla telefonla danışdım. PUA-larla Suriyadakı hərbi bazalarımıza olan hücumları müzakirə etdik. Mən əminəm ki, nə türk hərbçiləri, nə Türkiyə hakimiyyətinin, nə də Türkiyə dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur. Ərdoğan etiraf etdi ki, PUA-ların havaya qalxdığı əraziyə onlar nəzarət etməli idilər. Düzünü desəm, heç biz özümüz də hər zaman nəzarət etməli olduğumuz yerə nəzarət etməyə nail ola bilmirik” – Putin deyib.

Öz növbəsində Türkiyə prezidenti Suriyada təxribatçıların olduğunu, lakin onların türklər olmadığını bildirib: “Orada təxribat törədənlər var, amma türklər deyil. Biz onların kim olduğunu bilirik. Bu təxribat üçün onlara kimin nə qədər pul ödədiyindən də xəbərimiz var. Bu təxribatlar Rusiya, Türkiyə, İran arasında əldə olunmuş razılaşmaların pozulmasına istiqamətlənib”.