Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

13 Yanvar 2018 - 12:09

Qəzzada toqquşma:290 fələstinli xəsarət alıb

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 300-ə yaxın fələstinli xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanvarın 12-də xəsarət alanların sayı 290 nəfərə çatıb. Onlardan 45-i döyüş gülləsi, 30 nəfər isə rezin güllələrdən xəsarət alıb. 215 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, – deyə Cəmiyyətin nümayəndəsi İrab əl Fukah bildirib. 

Fələstinin Səhiyyə nazirliyindən ağır yaralıların olmadığını bildiriblər.