XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

13 Fevral 2018 - 16:58

Rusiya prezidentliyinə namizəd:"Putin Suriyada rusların həlak olmasına aydınlıq gətirməlidir"

Rusiya Prezidenti Vladimir Putin Suriyada onlarla rusiyalının həlak olması barədə informasiyalara aydınlıq gətirməlidir.

Bu sözlər Rusiya prezidentliyinə namizəd, Yabloko Partiyasının sədri Qriqori Yavliskinin Putinə müraciətində yer alıb.

“Əminəm ki, bu hadisələr açıq şəkildə müzakirə edilməlidir. Əgər rusların kütləvi ölümü baş veribsə, o zaman Rusiya Silahlı Qüvvələrinin baş komandanı bunu elan etməli və məsuliyyəti kimin daşıdığını aydınlaşdırmalıdır. Mən həmçinin Rusiya vətəndaşlarının Suriyadakı yerüstü əməliyyatlarda prezident və müdafiə nazirinin bu ölkədən rus qoşunlarını çıxarmasını bəyan etməsi və Suriyada vətəndaş müharibəsinin bitməsini söyləməsindən sonra niyə iştirak etməsinə aydınlıq gətirilməsini tələb edirəm”, – deyə o, bildirib/Axar.az.