XƏBƏR LENTİ

13 Dekabr 2018
12 Dekabr 2018

Digər Xəbərlər

13 Fevral 2018 - 21:36

“Mən səhv seçim etdim” –Putinlə bağlı yalan danışan nazir istefa verdi

Rusiya lideri Vladimir Putinlə görüşməsi barədə yalan danışdığını etiraf edən Niderlandın Xarici İşlər naziri Halbe Zeylstra istefa verib.

Bu barədə “Teleqraf” agentliyi məlumat yayıb.

“Mən səhv seçim etdim. Bunu etməməli idim. İstefadan başqa variant görmürəm”, – deyə sabiq nazir bildirib.

Qeyd edək ki, Halbe Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdən öncə istefasını açıqlayıb.

Rusiya XİN bildirib ki, Halbenin səfərdən imtina etməsi barədə rəsmi məlumat artıq çatıb.

Qeyd edək ki, Zeylstra iki il əvvəl seçim kampaniyası zamanı 2006-cı ildə Putinlə şəhərdən kənarda yerləşən evində görüşdüyünü və onun Böyük Rusiya və qonşuluqdakı ölkələr haqqında planları barədə məlumatlı olduğunu söyləmişdi.