XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 20:22

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirildi- "Zeytun budağı" oldu

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisinin toplantısında qərar qəbul olunub. 

Qərara görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra "Zeytun budağı" adlanacaq. 

Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı "Gülən" adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, diriliş, bayraq, qayı və hilal adlarının verilməsinə qərar verilib.