XƏBƏR LENTİ

13 Dekabr 2018
12 Dekabr 2018

Digər Xəbərlər

13 Mart 2018 - 16:48

“Türkiyə NATO-nun üzvüdür, ancaq biz müstəqil dövlətik” –XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NATO-ya üzv olmayan ölkələrdən də silah almaq hüququnun olduğunu bildirib.

Bu barədə Rusiyada səfərdə olan M. Çavuşoğlu Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbələri ilə görüşündə danışıb.

“Türkiyə NATO-nun üzvüdür, ancaq biz müstəqil dövlətik. NATO-ya üzv olan digər dövlətlər necə üzv olmayan ölkələrdən silah almaq hüququna malikdirsə, Türkiyənin də bu hüququ var”, – deyə M. Çavuşoğlu söyləyib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksinin satın alınması haqqında saziş imzalayıb. Bu isə ABŞ-ın və NATO-nun narazılığına səbəb olub/APA.