XƏBƏR LENTİ

13 Dekabr 2018
12 Dekabr 2018

Digər Xəbərlər

13 Mart 2018 - 17:20

Qəddafinin öldürülməsinə kim göstəriş verib? –Qətərli biznesmendən sensasion iddialar

Qətərin görkəmli biznesmeni Sultan bin Suheym əl-Tani martın 7-də əmirliyin “əl-Ərəbiyyə” telekanalına müsahibədə bildirib ki, Qətərin keçmiş sultanı Həməd bin Xəlifə əl-Tani 2011-ci il oktyabrın 20-də Liviya lideri Qəddafinin öldürülməsi haqda birbaşa göstəriş verib.

Strateq.az xarici nəşrə istinadən bildirir ki, o habelə deyib ki, bu, Həməd əl-Taninin həyata keçirdiyi yeganə cinayət deyil.

Liviyanın “Аfrigеyt” portalı əlavə edib ki, Sultan öz atası şeyx Suheym bin Həməd bin Abdulla əl-Taninin 1985-ci ildə “məkrli və xain” qətlində Qətərin keçmiş liderinin əli olduğuna əmindir. O, həmin vaxt Qətər XİN-ə başçılıq edib. Ölümün rəsmi səbəbi kimi ürəktutması göstərilsə də, oğlunun əlində sübutlar var ki, atası zəhərlənib.

“Afrigeyt”-n məlumatına görə, Muəmmar Qəddafinin qətlində Qətər rejimi təmsilçilərinin əli olduğu haqda məlumatları əvvəllər ortalığa çıxmış bəzi dolayı dəlillər də sübut edir.