XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

13 İyun 2018 - 17:11

Kaliforniya ştatının bölünməsinə dair referendum- Tarix açıqlandı

Kaliforniyanın üç ayrıca ştata bölünməsi barədə təşəbbüs üzrə səsvermə noyabrın 6-da keçiriləcək.

Azərtac Fox News telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya ştatının katibliyi məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl amerikalı sərmayədar Tim Dreyperin Cal-3 adlı təşəbbüsü referenduma çıxarılması üçün lazım olandan təxminən iki dəfə çox – 600 min imza toplamışdı. Dreyperin layihəsi Kaliforniyanın üç hissəyə – mərkəz, cənub və şimal hissələrinə bölünməsini və həmin ərazilərdə yeni ştatlarının yaradılmasını nəzərdə tutur. Yeni ştatların adlarının əhali tərəfindən veriləcəyi bildirilir. Layihə konqres tərəfindən dəstəklənməlidir.

Tim Dreyper artıq 2014-cü və 2016-cı illərdə oxşar təkliflərlə çıxış etsə də, onun təşəbbüsü lazımi dəstək qazana bilməmişdi.