Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

21 İyun 2018

Digər Xəbərlər

14 İyun 2018 - 12:06

Bəşər Əsəddən ABŞ-a mesaj:“İran lazım olduğu qədər Suriyada qalacaq”

 

Suriya prezidenti Bəşər Əsəd deyib ki, ona Suriyada İran və Hizballah qüvvələrinin yardımı lazımdır və gərəkdiyi müddətdə burada qalacaqlar.

İyunun 13-də İranın “Al-Aləm” televiziyasına müsahibəsində Əsəd bildirib ki, İranın Rusiya kimi Suriyada hər hansı hərbi bazası yoxdur. Ancaq onun sözlərinə görə, “İranın hərbi bazasına ehtiyac yaranarsa, tərəddüd etmədən” bunu təmin edəcəyik.

“İran da Rusiya kimi müttəfiq ölkədir”, – o deyib.

Əsəd  bildirib ki, sünni üsyançılara qarşı yeddi ildir davam edən vətəndaş müharibəsində o, iranlı müşavirlərdən, İraqın şiə döyüşçülərindən və Hizballahdakı livanlı döyüşçülərdən vacib dəstək alıb. Bu müharibədə yarım milyondan çox adam ölüb.

Suriya prezidentinin deməsinə görə, ölkənin üsyançıların əlində olan 40 faizədək ərazisi üzərində nəzarəti yenidən qazanmaqdan ötrü bu döyüşçülər hökumətə lazımdır.

“Hizballah bu müharibədə əsas elementdir. Döyüş uzun çəkəcək və bu hərbi qüvvələrə hələ uzun müddət ehtiyac qalacaq”, – Əsəd vurğulayıb.

Onun deməsinə görə, müttəfiq döyüşçülərini ölkəyə o dəvət edib və Birləşmiş Ştatlar və İsrailin tələb etdiyi kimi, heç vaxt onların getməsini istəməyəcək, hətta hər hansı sülh razılaşmasının tərkib hissəsi sayılsa belə. Əsəd deyib ki, Suriyanın İranla münasibəti “heç bir həll variantının tərkib hissəsi” ola bilməz. Onun sözlərinə görə, dost qüvvələri terrorun kökü kəsilənədək Suriyada qalacaq: “İranla Hizballah terrorçuluğun kökünün kəsildiyini görəndə bizə vətənlərinə qayıtmaq istədiklərini deyəcəklər”, – o deyib. (Azadlıq Radiosu)