Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018

Digər Xəbərlər

14 İyun 2018 - 16:50

Gürcüstanda baş nazirin istefası…- Milyarder İvanişvili siyasi səhnəyə qayıdır

Ermənistandan sonra parlament üsulu ilə idarə edilən Gürcüstanda da hökumət başçısı istefaya göndərildi. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili vəzifədən getməsi ilə bağlı keçirdiyi brifinqdə bildirib: “Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Komandadakı ovqatı gördüyümdən istənilən komanda rəhbəri kimi mən də öz vəzifəmi tərk edirəm”.

Gürcüstan konstitusiyasına görə, baş nazir istefa verdikdə, hökumət də buraxılır. Hakim partiya yaxın 7 gündə yeni hökumətin tərkibini prezident Georgi Marqvelaşivliyə təqdim etməlidir. O da bir həftəyə yeni kabinetin siyahısını təsdiqlənmək üçün parlamentə göndərməlidir.

İstefa vermək demokratiya mədəniyyətindən sayılır. Ancaq hər iki ölkədə bu hadisə uzunmüddətli etiraz aksiyalarının nəticəsində baş verməsi prosesin arxasında fərqli mətləblərin olduğunu ehtimal etməyə əsas verir.

Başqa sözlə mayın sonundan Gürcüstanda qətlə yetirilən məktəblinin haqlarının tələbi ilə keçirilən “Məni öldürmə!” aksiyası hədəfinə çatdı. Həmin aksiya ölkənin baş prokuroru İrakli Şotadzenin istefasına nail olmuşdu. Onlar ədliyyə naziri Tei Tsulukiani və baş nazir Giorgi Kvirikaşviln istefasını da tələb edirdilər. G.Kvirikaşvili isə etirazlar fonunda vəzifəsindən getməyəcəyini bildirirdi.

İyunun 13-də hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının iclası keçirilib.

Üç saat sürən iclasda baş nazir Giorgi Kvirikaşvili, hakim partiyadan olan deputatlar, nazirlər və partiyanın sədri Bidzina İvanişvili iştirak etmişdilər.

İclas öncəsi partiya veteranları Kvirikaşvilinin kabinetinin müddətinin bitdiyinə işarə etmişdilər . Deputatların bir hissəsi nazirlərin istefasını tələb etsə də, bu, qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.

Hakim partiya iclasda baş verənləri ictimaiyyətdən gizli saxlamağa çalışsa da, maliyyə naziri Mamuka Baxtadze toplantıda hökumətdə dəyişikliklər məsələsinin müzakirə olunduğunu təsdiqləmişdi.

Milyarder Bidzina İvanişivlinin başçılıq etdiyi “Gürcü Arzusu” Partiyası 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində keçmiş prezident Mixael Saakaşvilinin “Milli Birlik” Partiyasına qalib gələrək hökuməti formalaşdırmışdı.

Qeyd edək ki, 2016-cı ildə keçirilən parlament seçkisində də 62 yaşlı milyarderin partiyası qalıb gəlmişdi. İvanişivli 2012-ci il oktyabrın 25-dən 2013-cü il noyabrın 20-dək baş nazir oldu.

O, yerini 2013-cü il noyabrın 20-dən 2015-ci il dekabrın 30-dək hökumətə başcılıq etmiş İrakli Qaribaşviliyə təhvil vermişdi.

Bidzina İvanişvili 2013-cü ilin noyabrında isə siyasətdən getdiyini, vətəndaş cəmiyyətinin möhkəmlənməsi işi ilə məşğul olacağını bildirmişdi: “Mən çox səmərəli bir hökuməti qoyaraq siyasətdən gedirəm. Söz verirəm ki, azı 20 il xalqa xidmət edəcəyəm. Sizinlə birlikdə hakimiyyətin xalqa xidmət etməsi üçün çalışacağam”.

Partiyanın sədri isə İrakli Qaribaşvili oldu.

Qaribaşvili istefaya göndərildikdən sonra 2015-ci il dekabrlın 30-da Giorgi Kvirikaşvili baş nazir oldu. O, eyni zamanda partiyanın sədri də seçildi.

5 il əvvəl siyasət getdiyini elan etmiş Bidzina İvanişvili gözlənilmədən bu il mayın 11-də yenidən “Gürcü Arzusu” Partiyasına başçısı oldu.

Partiyanın beşinci qurultayında nümayəndələr onu bir səslə sədr seçdilər.

Sonrakı hadisələr deməyə əsas verir ki, Giorgi Kvrikaşvilinin baş nazir postundan getməsinin təməli məhz həmin gün qoyuldu. Bununla da İvanişivli onu siyasi dəstəkdən məhrum etməklə Gürcüstan siyasətinə dönüşü, açıq fəaliyyət başladığnı bəyan etdi. Çünki 50 yaşlı Kvirikaşvili milyarderin adamı sayılırdı.

Yeni baş nazir postuna namizədlər arasında daxili işlər naziri və baş nazirin müavinin səlahiyyətlərinin icra edən Georgi Qaxariya, maliyyə naziri Mamuka Baxtadze və hökumət administrasiyasının keçmiş başçısı, regional inkişaf və infrastruktur naziri səlahiyyətlərini icra edən Mayya Tskitişvilini adları hallanır. Mayya Tskitişvili hazırda səlahiyyətlərinin icra etdiyi vəzifəyə bu ilin mart ayında təyin edilib.

Mayın sonunda başlayan etiraz aksiyalarının əsl hədəfi barədə ehtimal irəli sürmək olar.

16 yaşlı məktəblilər David Saralidze və Levan Dadunaşvili 2017-ci ilin dekabrında qətlə yetirilib. Onların qatilinin cəzalandırlıması ilə bağlı etiraz aksiyası 5 ay sonra keçirilir. Levan Dadunaşvilinin atası baş nazirlə görüşməyə razılıq versə də, Saralidzenin atası aksiyanı davam etdirəcəyini, müxalifətlə birlikdə hökumət başçısı ilə danışığa gedəcəyini bildirir.

Ona görə belə mülahizə etmək olar ki, aksiya daha çox siyasi xarakterli olub.

İvanişvilinin yenidən partiya sədr seçilməsi isə baş nazirlə milyarder arasında fikir ayrılığının olduğunun göstəricisi sayıla bilər.

Deməli, etiraz aksiyasının sözə baxmayan baş nazir üçün bir təzyiq elementi olduğu qənaətinə gəlmək olar. “Gürcü arzusu”nda qarışıqlığı Marneuli şəhərinin meri Temur Abazovun saxlanılmasından sezmək olar. Belə görünür ki, milyarder bununla təkcə baş naziri deyil, həm də özünü müstəqil aparmaq istəyən nazirləri, hətta, meri də cəzalandırır.