XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

14 İyun 2018 - 19:57

Gürcüstanın yeni baş naziri kim olacaq?- Namizəd irəli sürülüb

Gürcüstan parlamentində 36 yaşlı Mamuka Baxtadzenin namizədliyi baş nazir vəzifəsinə irəli sürülüb.

Trend-in məlumatına görə, hazırda maliyyə naziri vəzifələrini icra edən M.Baxtadzenin namizədliyini parlamentdəki çoxluq dəstəkləyib.

İndi ölkə prezidenti onun namizədliyini baş nazir vəzifəsinə təklif etməlidir.

Qeyd edək ki, ötən gün Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti istefaya yollanmışdı.

M.Baxtadze G.Kvirikaşvili hökumətində maliyyə naziri vəzifəsində işləyirdi.