XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

13 İyul 2018 - 07:20

Türkiyədə “FETÖ” işi üzrə 72 nəfərə ömürlük həbs cəzası verildi –44 şəxs bəraət aldı  

 

Türkiyədə 2016-cı ilin iyulunda qarşısı alınmış hərbi çevriliş cəhdi işi üzrə 72 nəfər ömürlük həbs cəzasına məhkum olunub.

APA-nın xəbərinə görə, məhkum olunan şəxslər iyul hadisələri zamanı İstanbulda körpü üzərində 34 vətəndaşın qətlində təqsirli biliniblər.  Daha 27 nəfər qeyd olunan iş çərçivəsində 15 il müddətinə məhkum olunublar, 44 nəfərə bəraət verilib.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı 250 nəfərdən çox insan ölüb.