XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 13:44

Viktor Orban və Avropa Parlamenti:qarşıdurma dərinləşir

Macarıstanın Baş naziri Avropa Parlamentinin (AP) ünvanına kəskin iradlarını bildirib. O bəyan edib ki, AP-nin Vətəndaş Azadlıqları Komitəsinin məruzəsində Budapeştin hərəkətlərinin tənqid edilməsi onun ölkəsinin heysiyyətinə toxunur. Viktor Orban sentyabrın 11-də Strasburqda Avropa parlamenti nümayəndələrinin qarşısında çıxışında göstərib ki, Avropa öz sərhədlərini müdafiə edən ölkələri təqsirləndirmək istəyir.

Azərtac xəbər verir ki, Baş nazir vurğulayıb: “Macarıstan bundan sonra da öz sərhədlərinin qoruyacaq, qeyri-leqal miqrantları dayandıracaq və öz hüquqlarını, lazım gəlsə sizdən də müdafiə edəcək”.

Orbanın bu cür sərt çıxışına səbəb sentyabrın 12-də Avropa Parlamentində AP-nin Vətəndaş Azadlıqları komitəsinin məruzəsi üzrə səsvermə təyin edilməsidir. Məruzənin müəllifi – “yaşıllar” fraksiyasından deputat Cudit Sargentini Budapeşti miqrasiya sahəsində Avropa siyasətinə əməl etməməkdə, azlıqların hüquqlarını pozmaqda, “demokratiyaya, hüquqi dövlət normalarına və əsas hüquqlara sistematik təhdid törətməkdə” ittiham edib. Avropa parlamentinin bir sıra başqa komitələrinin nümayəndələri və Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans da Macarıstan hökumətindən narazılıqlarını bildiriblər.

Orban bu nitqi ilə vəziyyətin nizamlanması üçün bütün imkanları heçə endirib. dpa agentliyi qeyd edir ki, məruzə müəllifi Macarıstana münasibətdə fundamental dəyərlərə təhdidin qarşısını almaq üçün Avropa İttifaqı haqqında müqavilənin 1-ci paraqrafının 7-ci maddəsi üzrə prosedur həyata keçirilməsini təklif edir.