XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 17:21

Nursultan Nazarbayev Türkiyəyə gedir- Rəsmi səfər

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, səfər barədə xəbəri Türkiyə prezidentinin Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, N.Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.

Məlumata görə, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək.

Prezident Aparatının məlumatında qeyd edilir: “İki ölkə prezidenti eləcə də Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək”.