XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 20:56

Yaponiya və Çin liderləri razılığa gəliblər- İki ölkə arasında münasibətlərin yaxşılaşdırılması barədə

Yaponiyanın Baş naziri Şinzo Abe və Çinin Sədri Si Cinpin iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün birgə fəaliyyət barədə razılığa gəliblər.

Azərtac xəbər verir ki, bu barədə juranlistlərə məlumat verən Şinzo Abe gələn ay Pekinə getmək planını reallaşdırmaq niyyətində olduğunu bildirib. İki ölkənin liderləri Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumu çərçivəsində bir araya gəliblər.

Görüşü şərh edən Ş.Abe deyib: “Yaponiya ilə Çin arasında əməkdaşlığın üfiqləri genişlənir. Hazırda ölkələrimiz arasında münasibətlər normal məcradadır”.

Çinin Sədri Si Cinpin isə bəyan edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Çin və Yaponiya öz yollarına qayıdıblar. Biz qarşılıqlı əməkdaşlıq yolu ilə Çin-Yaponiya əlaqələrini genişləndirərək, gələcək inkişafı təmin edəcək möhkəm münasibətlər qurmalıyıq.