XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 21:08

Yunker Avstriyanı miqrasiya siyasəti ilə bağlı təcili həll yolları tapmağa çağırıb

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropanı qarşılaşdığı qaçqın axını ilə bağlı miqrasiya siyasətində təcili həll yolları tapmağa çağırıb.

Azərtac xəbər verir ki, Komissiya prezidenti qismində Avropa Parlamentində sonuncu çıxışında J.K.Yunker Avropada miqrasiya siyasəti ilə bağlı qitə ölkələri arasındakı mübahisələri də diqqətdə saxlayıb. Bildirib ki, Avropa sahillərinə yaxınlaşan hər bir qaçqın gəmisi ilə bağlı yerində qərarlar verilə bilməz.

Belə bir yanaşmanın yetərsiz olduğunu vurğulayan Komissiya prezidenti bu ilin sonunadək Avropa İttifaqı Şurasına sədrlik edən Avstriyanı balanslaşdırılmış miqrasiya siyasəti ilə bağlı gələcəyə yönəlmiş həll yollarının işlənib hazırlanması üçün ciddi addımlar atmağa çağırıb.

Onun sözlərinə görə, Avropa ölkələri gələn ilin ortalarınadək Avropada sığınacaq və qaçqın qəbulu sistemində, habelə qəbul olunan qaçqınların üzv ölkələr arasında bölünməsində islahat aparmalıdır. O, həmçinin Avropada ixtisaslı miqrantlara ehtiyac olduğunu vurğulayıb.