Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

14 Sentyabr 2018 - 14:55

Ermənistan Hərbi Polisinin sabiq zabiti:“1 mart gülləbaranında Qarabağdan gətirilən xüsusi təyinatlı dəstə fəal idi”

 

 Ermənistanın Hərbi Polisinin əməliyyat şöbəsinin keçmiş əməkdaşı, ölkəsində siyasi təqiblərə dözməyərək hazırda Avropada mühacirət həyatı yaşayan Vardan Gukasyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın yalanlarını üzə çıxarıb.

Analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, ötən gün Ermənistan ordusunun rəsmisi A.Davtyan 2008-ci il 1 mart hadisələri ilə bağlı absurd bəyanatla çıxış edib. A.Davtyan bildirib ki, ordu heç kəsə güllə atmayıb. Əgər atəş açılıbsa, bunu başqa adamlar edib. Bu məsələdə bütövlükdə ordunun adını çəkmək düzgün deyil. Orduya bu cür əmr verilməmişdi. Məhz bu ağ yalan həqiqətləri xalqına çatdırmaq istəyən V.Gukasyanı özünün şəxsi “Youtube” kanalında videomüraciət yerləşdirməsinə məcbur edib. O bildirib ki, 1 mart hadisələri ilə bağlı aparılan araşdırma proseslərini yaxından izləyən bir şəxs kimi hazırda fəaliyyətdə olan baş qərargah rəisinin verdiyi açıqlama onu təəccübləndirib. “Mən 2008-ci ildə Hərbi Polisin əməliyyat şöbəsinin zabiti olaraq 1 mart hadisələrində meydanda olmuşam. Mərkəzi meydanı Vazgen Sarkisyan adına ali məktəbin kursantları və hərbi polis qoruyurdu. Hökumət binasında Qarabağdan gətirilən hərbi qulluqçuların da olduğunun şahidiyəm”, – deyə keçmiş hərbi polis əməkdaşı bildirib. V.Guqasyan onu da qeyd edib ki, Qarabağdan gətirilən xüsusi təyinatlı dəstə 20 gündən artıq müddətdə hökumət binasında yerləşdirilib.

E.Aşırlının sözlərinə görə, bununla yanaşı, V.Guqasyan öz şəxsi kanalındakı canlı yayımda həmin dövrdə 4-cü korpusun Araratda yerləşən alayı şəxsi heyətinin bir hissəsinin Naxçıvan istiqamətindəki mövqelərdən çıxarılaraq İrəvana gətirilməsi, həmçinin Qarabağdan qüvvələrin bir qisminin hökumət binasının qarşısında yerləşdirilməsindən də bəhs edib.

O deyib: “Həmin dövrdə hərbi polis rəisi Vladimir Qasparyan binadan çıxaraq hamımıza prezidentin əmr imzaladığını çatdırdı. Prezidentin adından deyirəm ki, xalq “Marriot” mehmanxanası tərəfdən göründüyü anda atəş açın. Ancaq insanların ayaqlarını nişan alın. Qarabağdan gətirilən xüsusi təyinatlı dəstə bu işdə fəallığı ilə seçilib. İndi baş qərargah rəisi hansı əsasla nə danışır bilmirəm, ancaq Qarabağdan qoşun gətirilib və onlar 20 gündən artıq müddətdə İrəvandakı hökumət binasında olublar”.

Beləliklə, növbəti dəfə Ermənistan Müdafiə Nazirliyi və silahlı qüvvələr rəhbərliyinin 2008-ci il 1 mart hadisələri ilə bağlı erməni xalqına danışdığı yalanlar ifşa olunub. Bu da onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumətinin 1 mart hadisələri ilə bağlı apardığı araşdırmalar həqiqətlərə uyğun deyil, o, sadəcə xalqı aldatmağa və öz hakimiyyətini möhkəmləndirməyə yönəlib.