XƏBƏR LENTİ

11 Dekabr 2018
10 Dekabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 17:59

Maykl qasırğası ABŞ-da böyük dağıntılar törədib –Xilasetmə və axtarış işlərinə başlanıb

Maykl qasırğası zəifləyərək ABŞ-ın şərq sahilləri ilə şimala doğru irəlilədiyi bir vaxt, güclü qasırğaya məruzl qalan ərazilərə dəyən zərərin dəyəri müəyyənləşdirilir və dağıntıların təmizlənməsinə başlanılır.

Cümə günü peyklə çəkilən şəkillərdə artıq zəifləyən Maykl qasırğasının ABŞ-ın şimal-şərq sahili boyu irəliyərək özü ilə yağış, külək və yüksək dalğalar gətirdiyi göstərilir. Lakin əsas zərər çərşənbə günü Florida Panhandle adlanan əraziyə dəyib. Florida qubernatoru Rik Skott cümə axşamı qasırğanın dağıtdığı əraziləri havadan izləyib. Qasırğanın sahilə daxil olduğu ərazi dağıntılara ən çox məruz qalan ərazidir.

“Meksika çimərliyində hər yer dağılıb. Pana City çimərliyi və St. George Islandda da dağıntılar var. Lakin ən çox zərər dəymiş yer Meksika çimərliyidi” deyə qubernator Rik Skott bildirib. Qasırğanın yaranması və qısa zamanda sahilə gəlməsi səbəbindən sakinlərin evakuasiya etmələri üçün az zaman qaldığından, bir çox sakin qasırğadan qorunmaq üçün müvəqqəti sığınacaqlar tapmağa vadar olub.

Bu sakinlərdən biri Floridanın Tallahassi şəhəri yaxınlığında yerləşən məktəbdə sığınacaq tapan Coni Leyndir. Coni 300-dən çox insan üçün yardım göstərdiyi müvəqqəti sığınacaqda könüllü işləyir.

“Bu gün biz insanları qasırğa olan müddətdə yemək, rahatlıq və yaxşı əhval-ruhiyə ilə təmin edirik” deyə Coni Leyn bildirib. Leyn ehtiyac olduğu halda sığınacağın həftə sonuda açıq olacağını deyir.

Bu ərazidə qeydə alınmış ən güclü və ABŞ-da qeydə alınmış üçüncü ən güclü qasrğa olan Mayklın azı altı nəfərin həyatına son qoyduğu bildirilir. Xilasetmə dəstələri qasırğadan zərər vurduğu ərazilərdə axtarışlar aparır. Rəsmilər ölənlərin sayının artacağını ehtimal edir.

Federal Fövqəladə Hallar İdarəsindən Uilliam Lonq deyib ki, axtarış və xilasetmə əməliyyatlarıdan sonra növbəti prioritet Florida, Alabama, Corcia və Cənubi Karolina ştatlarında təxminən 800 min ev və biznes idarələrini işıqla təmin etməkdir. O deyib ki, bütün proses bir neçə gün çəkə bilər.

(Amerikanın səsi)