XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 16:41

Lavrovdan həyəcan siqnalı:“İŞİD MDB sərhədlərinə yaxınlaşır”

İŞİD terror təşkilatı Mərkəzi Asiyada Əfqanıstanı özünün terror əməllərinin platsdarmına çevirmək istəyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib: “İŞİD terror dəstələrinin xarici sponsorların dəstəyi olmadan Mərkəzi Asiyaya ekspansiyası başlayıb. Onlar Əfqanıstanın timsalında bizim də daxil olduğumuz geniş regionda platsdarm yaratmaq istəyirlər”, – deyə nazir Moskvada Əfqanıstanla bağlı keçirilən açıq iclasda bildirib.

Əlavə edib ki, Rusiya bu planların qarşısını almaqda əfqanlara kömək etməyə hazırdır.