XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 20:37

Filippinin sabiq birinci xanımının həbsinə qərar verildi –89 yaşlı İmelda Markos korrupsiyada ittiham olunur

 Cümə günü Filippin məhkəməsi sabiq birinci xanım İmelda Markosu korrupsiyada təqsirli bilərək, onun həbsinə qərar verib.

89 yaşlı Markos çox güman ki, konqresdəki yerini qorumaq və həbsxanadan yayınmaq üçün appelyasiya şikayəti verəcək. İmelda Markos 1970-ci illərdə İsveçrə fondlarına qanunsuz yolla təxminən 200 milyon dollar köçürməkdə ittiham olunur.

Nə Markos, nə də onu təmsil edən vəkillər cümə günü keçirilən məhkəmədə iştirak etməyib. Onun həyat yoldaşı Ferdinand Markos 1986-cı ildə “xalqın gücü” inqilabı nəticəsində hakimiyyətdən devrilib. O, 1989-cu ildə vəfat edib. (Amerikanın Səsi)