XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 21:42

Şimali Koreya danışıqları təxirə salıb –ABŞ-ın BMT-dəki səfiri açıqladı

ABŞ bu həftə Nyu-Yorkda baş tutmalı olan yüksək səviyyəli diplomatik danışıqların Şimali Koreya tərəfindən ləğv edilməsinə əhəmiyyət vermir.
Bu haqda ABŞ-ın BMT-dəki səfiri Nikki Haley bildirib.

Biz danışıqlara hazır vəziyyətdə qalmağa davam edəcəyik, amma hər hansı ciddi problemin olduğunu düşünmürəm. Mən bu barədə administirasiya ilə danışmışam və biz nelə bir nəticəyə gəlmişik ki, onlar sadəcə hazır olmadıqları üçün görüşü təxirə salıblar. Dövlət katibi Mayk Pompeo və administirasiya danışıqlara hazırdır” – o deyib.

Təxirə salınan görüşdə prezident Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında baş tutan tarixi zirvə toplantısında imzalanan və Pxenyanın nüvə silahından imtina etməsini özündə ehtiva edən razılaşmanın mövcud vəziyyəti müzakirə olunacaqdı.

Rəsmi Pxenyan ötən həftə xəbərdarlıq edib ki, əgər Birləşmiş Ştatlar rejimə qarşı iqtisadi sanksiyalarını ləğv etməsə Şimali Koreya nüvə proqramını bərpa etməyi nəzərdən keçirəcək. (Amerikanın Səsi)